Problemli dəriyə qulluq

Əgər əhəmiyyətli tədbirə (məsələn, buraxılış gecəsinə və ya görüşə) az qalmış dəridə qəflətən problemlər yaranarsa nə etmək olar? Biz sizə dərinizin vəziyyətini iki həftə ərzində yaxşılaşdırmaq üçün kömək edə biləcək bir neçə məsləhət təqdim edirik.

Problemli dərini yaxşı vəziyyətdə saxlamaq üçün böyük səy göstərmək lazımdır, müxtəlif səpgilər və qızartılarla isə az qala daimi mübarizə aparmaq lazım olur.

Əgər hansısa bir müddət ərzində biz güzgüyə baxaraq öz problemli dərimizə dözürüksə və ya xilasedici tonal kremindən istifadə ediriksə, başqa vaxt isə xüsusi günlərdə biz tam 100% görünmək istəyirik. Bəs dərimizdə ən uyğun olmayan anda problem yaranarsa nə etmək olar?
Qida rasionunuzu dəyişin

Yanlış qidalanma – üzdə iltihabı təhrik edən əsas səbəblərdən biridir. Əgər dərinizdə problemlər yaranarsa, bu zaman rasionunuzdan təcili olaraq kolbasa, sosiska, mayonez, ağ çörək və başqa un məmulatlarını, çox duzlu (çipslər, suxarılar, pizza) və şirin məhsulları, həmçinin süd və pendiri təcili olaraq çıxarın. Süd məhsulları isə əksinə, sizə xeyirli olacaq, buna görə iki həftə ərzində yatmazdan əvvəl 1 stəkan kefir içsəniz daha yaxşı olar. Bu zaman orqanizminizi tez təmizləyəcək adi içməli suyu da unutmayın.
Gigiyenik prosedurlara riayət edin

Növbəti iki həftə ərzində üzünüzə əl vurmayın, hər gün balışüzünü dəyişdirin, tez-tez telefonun səthini antibakterial salfetlər ilə silin və yuyulmadan sonra üzünüzü kağız salfetləri ilə (yəni birdəfəlik salfetlər ilə) silin. Yeri gəlmişkən, əgər balışüzü sizin üçün problemdirsə, bu zaman sadəcə yuxudan əvvəl balışınızın üzünə təmiz dəsmal sərin. Üzünüzü pambıq diskləri ilə də silə bilərsiniz.

Bütün bu qaydalara siz tərəfdən ciddi riayət olunmalıdır, əks halda dərinizin bərpası üçün hətta bir il belə yetməyəcək!
Dərinizə diqqətlə qulluq edin

Əgər sizin dəriniz problemlidirsə, bu zaman sizin yəqin ki, üzə qulluq üçün hansısa bir xüsusi kosmetikanız var. Biz sizin bu siyahınıza bir neçə vasitələri də daxil etməyi təklif edirik: makiyajı mükəmməl çıxaran, dərini qurutmayan və yuyulması lazım olmayan miselyar su, termal su, həmçinin antibakterial vasitə kimi istifadə olunan xlorqeksidin. Onlarla üzü yalnız sos-vasitə kimi həftədə 2-3 dəfə silmək olar. Bu zaman həmçinin ağ gildən də təmizləyici maskalar etsəniz yaxşıdır. Bu prosedurdan sonra dərini miselyar və ya termal su ilə nəmləndirmək və nəmləndirici krem çəkmək lazımdır.
İdmanla məşğul olun

İntensiv fiziki iş (gün ərzində yarım saatdan çox olmayan) sizin coşan hormonlarınızı qaydaya salmağı bacarır. İdmanla məşğuliyyət həddindən artıq yorucu olmamalıdır, başqa cür siz əks effekt ala bilərsiniz. Amma 10-15 dəqiqəlik səhər və axşam gimnastikası sizin proqramınızın əsas məcburi hissəsi olmalıdır.
Əhval-ruhiyyənizə diqqət edin

Bu inanılmazdır, amma faktdır: pis əhval-ruhiyyə və depressiya yeni yaraların yaranmasını provokasiya edə bilər. Buna görə pis şeylər haqqında düşünməyin və hər şeydə sevinc üçün səbəb axtarın. Gözəl və baxımlı üz dərisi həqiqətən də buna dəyər. :)

Yorum Gönder

0 Yorumlar