Münasibətlərdə yaş fərqi önəmlidirmi?

Yaş fərqi əlaqələrin gedişatına təsir edən bir faktor. Razılaşdıqdan sonra problem olmaz deyə düşünənlər, vəziyyətə bir də bu tərəfdən baxsınlar:

Əgər yaş fərqi 5 ildirsə, zaman bu fərqi sizə çox hiss etdirəcək. Çünki yoldaşınız sizdən 5 yaş kiçik olduğunda onun sürətinə çatmağınızda çətinlik çəkə bilər, onun həyata baxışını və fərdi inkişafını qeyri-kafi görə bilərsiniz.

Əgər yoldaşınız və ya bərabər olduğunuz insan sizdən 5 yaşdan çox böyükdürsə, bu səfər də zamanla onu çox darıxdırıcı tapa bilərsiniz. Bu yaş fərqləri 25-45 yaş arasında qaldığı müddətcə əslində çox da problem olmaz. Amma bu yaş aralığından çıxdığınızda yəni bərabər olduğununuz insan və siz məsəl üçün, biriniz 45 biriniz 50 olduğunda fərqi aşkar şəkildə hiss edərsiniz.

Çünki 50 yaşında olan insanlar menopoz və andropoz dövrlərinə girərlər. Və bu dövr gərək fizioloji gərəksə psixoloji baxımdan hər insana təsir edər. Necə ki yetkinlik dövründə müəyyən bir ruh halına giririksə, bu inkişaf çağında olmanın bir göstəricisi isə insanlar 50 yaş ətrafında olduqlarında artıq yaş almanın gətirdiyi fizialoji və ruhi yorğunluğu hiss edərlər.

Münasibətdə olan insanlar hökmən eyni yaşın eyni zamanın, eyni jenarasyonun insanı olmaq məcburiyyətindədir mi? Təbii ki xeyr. Amma uyğun münasibətin çox zaman 5 yaş fərqin üstündə olmadığını söyləyə bilərik. Bu fərq istər qadından yana, istər kişidən yana olsun, fərq etmir.

Yorum Gönder

0 Yorumlar