Maraqlı yay salatı

Sadə və ucuz məhsullardan minimum vaxt sərf etməklə çox dadlı yemək hazırlamaq olar. Əlvan yay salatı bir daha bunu təsdiq edir. Bu salatı həm qəlyanaltı, həm qarnir, həm də ayrı yemək kimi təqdim etmək olar. Pəhrizə riayət edən xanımlar üçün də bu salat çox faydalı olacaq.

Salat üçün lazımlı inqrediyentlər (4 porsiyalıq):

  • Bir neçə dilim közə verilmiş kolbasa,

  • 3 ədəd bərk halınadək qaynadılmış yumurta,

  • 1 banka qarğıdalı,

  • 2 qızardılmış bolqar bibəri,

  • 2-3 pomidor,

  • 1/2 qırmızı soğan,

  • 1 avokado,

  • 1/4 stəkan limon şirəsi (1 iri yetişmiş limon),

  • 1/4 stəkan zeytun yağı,

  • 1 diş sarımsaq,

  • bir çimdik istiot və duz.


Hazırlıq prosesi:

  1. İlk olaraq sarımsağı xırda-xırda doğrayıb blenderə qoyun, üzərinə zeytun yağı, limon şirəsi, duz, istiot tökün. İnqrediyentləri yüksək sürətlə qarışdırıb 12-15 dəqiqəlik soyuducuya qoyun.

  2. Göyərtini xırda-xırda doğrayıb stəkana yığın (təxminən stəkanın 3/4 həcmini tutmalıdır).yay-salati1

  3. Sonra üzərinə qarğıdalı, qızardılmış bibər və təzə pomidorları, sonra isə közə verilmiş kolbasa və qırmızı soğanı əlavə edin.yay-salati1

  4. Axırda salata qaynadılmış yumurta və bir neçə dilim avokado əlavə edib üstündən sarımsaq, zeytun yağı və limon şirəsindən hazırlanmış sousu tökün.yay-salati2

Yorum Gönder

0 Yorumlar