Qadınların gözəlliklərini tamamlayan bir başqa nöqtə də baxımlı əllərdir. Əllərinizin hər vaxt "yeni manikür edilmiş kimi" görünməsi üçün sizə bir neçə məsləhət!
Kiçik məsləhətlər...
- Əllərinizi yuyun və qurulayın.
- Dırnaqlarınızı asdaca pilkalayın. Dırnaqlarınızı zəiflədə biləcəyindən, dırnaq künclərinizi pilkalamaqdan çəkinin.
- Dırnaqlarınızı şəkilləndirməyə başlayın. İstifadə edilən ən məşhur şəkil ovaldır, amma siz əlinizə və barmaq şəklinizə ən uyğun olanını şeçin.
- Nə qədər yaxşı etdiyinizi görmək üçün nəzarət edin. Dırnaqlarınızı köhnə bir kapron corab üzərindən gəzdirin. Dırnaqlarınızın coraba ilişməməsi lazımdır.
- Dırnaqlarınızın ətrafındakı dəriyə yumşaldıcı tətbiq edin və bir neçə dəqiqə gözləyin.
- Əllərinizi bir qab isti suda saxlayın və bir neçə dəqiqə daha gözləyərək yaxşıca islanmalarını təmin edin.
- Dırnaq ətrafınızdakı ölü dəriləri yüngülcə geriyə itələyin. Bu sizə ağrı verməməlidir.
- Əl losyonu tətbiq edin və bir əlinizin baş barmağı ilə digər əlinizin ovuc içinə masaj etməyə başlayın. Bu qan dövranınızı sürətləndiriəcək.
- Dırnaqlarınız laklanmazdan əvvəl təmizlənmiş olmalıdır. Asetonlu pambıq ilə bütün dırnaq səthini ovun. Sürüşkən bir qalıq olub olmadığına nəzarət edin. Heç bir şey qalmadığında, dırnaqlarınız lak üçün hazırdır deməkdir.
- Rəng zamanı! Fırçanın üzərinə kiçik bir miqdar lak alın və dırnağınızın ortasından başlayaraq boyayın.. Dırnaq, üç boyanmada tam hazır olmalıdır. İkinci qatı sürtməzdən əvvəl bir neçə dəqiqə gözləyin.
- Lak hazır olana qədər gözləyin (toxununca quru olmalıdır) sonra ikinci qatı sürtün. Manikürünüzə həyat verəcəyi kimi dırnaqlarınızı da qoruyacağından, bu addımı atmağı unudamayın.
- İşinizi bitirdikdən sonra manikür dəstinizi spirt ilə təmizləyin və qurudun, bir sonrakı manikür üçün uyğun bir yerdə saxlayın.

0 Yorumlar