Kosmetikanın istifadə müddəti bitibsə...

Sevimli dodaq boyamız və ya kreminizin istifadə müddəti bitdikdə onu atmağa heyifiniz gəlsə də kosmetik vasitələri vaxtında yenisi ilə əvəz etmək lazımdır.

Vaxtı keçmiş kosmetika nə dərəcədə zərərli ola bilər?

Vaxtı keçmiş kosmetikanın ziyanı bir neçə səbəb ilə şərtləşə bilər. Birincisi, bu müxtəlif bakteriyaların artımı üçün əlverişli mühitdir ki, onların qana keçməsi infeksion xəstəliklər ilə nəticələnə bilər. Bunun nəticələri həm nisbətən yüngül, həm də ağır ola bilər (allergiya, səpgi, dermatit və daha ciddi xəstəliklər). Əgər söhbət göz makiyajı üçün vasitələrdən gedirsə, infeksiya keratit və blefarit kimi göz infeksiyalarını provokasiya edə bilər. Maye ton vasitələri, dodaq boyası stafilokokun, kirşan isə mikrogənələrin yaşayış mühiti ola bilər.

İkincisi, kosmetik vasitə öz-özlüyündə artıq ilkin xüsusiyyətlərini itirir, çünki kimyəvi reaksiyalara görə onun tərkibinə daxil olan komponentlər dağıla və yeni zərərli birləşmələr yarada bilərlər. Belə ki, günəşdən qoruyucu vasitələri qablaşdırmanın açılmasından sonra altı ay ərzində istifadə etmək lazımdır, çünki bu müddətdən sonra o sizi ultrabənövşəyi şüalardan artıq pis müdafiə edəcək.

Əgər kosmetik vasitələrinizin sizə daha uzun müddət xidmət etmələrini istəyirsinizsə, bu zaman onları quru yerdə 5-25 dərəcə temperaturda saxlayın, onları isitmə cihazlarının və günəş şüalarının təsirindən qoruyun.
Kosmetik vasitələrin köhnəlmə əlamətləri.

Kosmetik vasitələr hətta istifadə müddəti bitmədən də xarab ola bilər. Buna görə hər zaman istifadə etdiyiniz vasitələrin qoxusuna, strukturuna diqqət edin. Bundan başqa istifadə zamanı mənfi reaksiya gördükdə də kosmetik vasitələrin istifadəsini saxlamaq lazımdır. Başqa adamın istifadə etdiyi kosmetikadan, həmçinin sizin hansısa virus xəstəliyi zamanı (herpes, konyunktivit və s.) istifadə etdiyiniz komsmetikanın tətbiqini dayandırın.

İstifadə müddətini necə təyin etmək olar?

Öz kosmetik sumkanızda daim vaxtı keçmiş vasitələrin olub olmamasını yoxlayın.
Orta hesabla maye konsistensiyalı kosmetik vasitələr il yarım, quru vasitələr isə 3 ilə qədər saxlanıla bilər.
Unutmayın ki, hələ istifadə olunmamış kosmetik vasitələr artıq istifadə olunan vasitələrdən daha uzun müddət saxlanıla bilər. Çünki istifadə edərkən bu vasitələr hava ilə əlaqəyə girir, həmçinin əllərdən və ya kosmetik fırçalardan vasitəyə bakteriyalar düşə bilər. Məsələn, kremin və ya skrabın yararlıq müddəti 24 aydır, amma açdıqdan sonra onu altı aya qədər istifadə etmək olar.

Yorum Gönder

0 Yorumlar