- 1 paket krem şanti
- 1 stəkan soyuq süd
- 1 ədəd yumurta
- 1 armudu stəkan toz şəkər
- 2 yemək qaşığı kakao
- 1 yemək qaşığı damla şokalad
Hazırlanma qaydası:
İri bir qabda yumurtanı qırırıq. Üzərinə şəkəri əlavə edirik. Mikserin yüksək sürətində yumurta ilə şəkəri yaxşıca çalırıq.
Başqa iri bir qab götürüb südü boşaldırıq. Üstünə krem şantini əlavə edirik. Mikserlə yaxşıca qarışdırırıq. Hazırladığımız krem şantinin üstünə başqa bir qabda hazırladığımız yumurta qarışığını əlavə edirik. Yaxşıca qarışdırırıq.
Kakaonuda əlavə edib yenidən çalırıq. Əldə etdiyimiz qarışığa şokolad qırıntılarını əlavə edib yenidən qarışdırırığ. Qarışığı istədiyimiz qaba boşaldıb dondurucuya qoyuruq. 2- 3 saat saxlayırıq. Dondurma hazır olandan sonra istəsəniz boş qablarda və ya dilim halında servis edə bilərsiniz.
Nuş olsun!

0 Yorumlar