Gözəlliyə aparan 5 vərdiş

Çox vaxt ən bahalı kosmetika, gözəllik salonları və ev şəraitində özünə müntəzəm qulluq belə arzu olunan zahiri görünüşü vermir. Zamanla qadınlar seçdikləri vasitələrin və xidmətlərin yüksək keyfiyyətinə və ya öz cazibədarlıqlarına şübhə ilə yanaşmağa başlayırlar.

Çox vaxt gündəlik vərdişlər belə sizin zahiri görününşünüzə neqativ təsir edə bilər. Sizə gözəlliyi aparan bir neçə sadə vərdişlərdən danışacağıq.

  1. "Horizontal" vəziyyətdə oxumaq.
    Biz uşaqlıqdan uzanaraq oxumanın ziyanı haqqında çox bilirik: bu zaman görmə qabiliyyətini korlamaq olar. Lakin bu vərdişin başqa bir xoşagəlməz xüsusiyyəti də var ki, başın spesifik vəziyyətinə görə boyun sahəsində qırışlar yaranır. Nəticədə biz dərhal vizual olaraq daha yaşlı görünməyə başlayırıq. Bunun bir tək çıxış yolu var ki, o da uzanaraq oxumamaqdır.

  2. "Ayağı ayaq üstə" qoyaraq oturmaq.
    Belə pozaya xüsusilə oturaq vəziyyətdə çalışan xanımlar daha çox üstünlük verir. Belə tərz rahat olsa da, gələcəkdə sağlamlıqda bir çox problemlər yarada bilər. Ayaqların daim bir-birinin üstündə olması qan damarlarının sıxılmasına və qan dövranının pozulmasına səbəb olur ki, nəticədə ayaqlarda damarlar çıxmağa başlayır. Kosmetik qüsurdan başqa, siz bir çox narahat əlamətlər hiss etməyə başlayacaqsınız: şişlər, ağrı hissi və s.

  3. Dişlərin ağardılması.
    Mükəmməlliyə cəhd bizi bəzən düşünülməmiş hərəkətlər etməyə vadar edir ki, bunlardan biri dişləri ağardan prosedurlarlardan sui-istifadədir. Amma biz nə qədər qar kimi təbəssümə nail olmağa çalışsaq da, tədricən alınmış çalar yenidən təbiiyə çevriləcək. Nəticədə dişlərə zərər dəyə bilər. Məsələn peroksidlərin təsiri altında diş minası nazikləşir, öz parıltısını itirir, dişlərin səthində mikro çatlar yaranır və s.

  4. "At quyruğu" saç düzümü.
    Bu qəribə səslənsə də məhz "at quyruğu" adlanan saç düzümü saçlara çox böyük ziyan verir. Məsələ ondadır ki, bu saç düzümünün daim istifadəsi baş dərisində qan dövranının pozulması, saçların tökülməsi, tez sınması, solğunlaşması və hətta əzablı baş ağrıların və qismən dazlaşmanın yaranması ilə nəticələnə bilər.

  5. Qaşqabaqlı olmaq, gözləri qıymaq və ya üz-gözünü turşutmaq vərdişi.
    Biz öz emosiyalarımızı mimikadan istifadə edərək müxtəlif cür ifadə edirik. Kimisi alnını qırışdırır, başqası dodaqlarını büzüşdürür, digəri qaşqabağını tökür, o birisi isə daimi təbəssüm vəziyyətində olur. Bütün bu insanları ümumi bir an birləşdirir: mimik qırışların mövcudluğu. Belə vərdişlərdən qurtulmaq çox çətindir, çünki o reflekslər səviyyəsində həyata keçirilir. Lakin özünüzə sərt nəzarət bu problemin öhdəsindən gəlməyə kömək edəcək.

Yorum Gönder

0 Yorumlar