Giləmeyvəli "klafuti"

Klafuti - kövrək xəmirdən və təzə giləmeyvələrdən asan hazırlanan fransız desertidir ki, siz az vaxt sərf edərək maksimum həzz alacaqsınız.

5 nəfərlik piroq üçün lazım olan inqrediyentlər:

  • Un — 250 q.,

  • Yağsız qaymaq — 500 ml.,

  • Yumurta — 3 ədəd,

  • Şəkər — 2 x.q.,

  • Vanil — 1 paket,

  • Təzə və ya dondurulmuş giləmeyvələr — 500 q.


Hazırlıq üsulu:

  1. Blenderin köməyi ilə bir kasada un, şəkər, qaymaq və iki yumurtanı qarışdırın (xama konsistensiyası alınana qədər)

  2. Bişirmə formasına kərə yağı çəkin və təmiz giləmeyvələri formanın üzərinə düzün. Giləmeyvələrin üzərinə vanil səpin və xəmiri əlavə edin.

  3. Piroqu 180 dərəcəyə qədər qızdırılmış sobada 20-25 dəqiqə ərzində bişirin.

Yorum Gönder

0 Yorumlar