Ananas: Sağalma prosesini sürətləndirir, oynaqların sağlamlığına kömək edir, astma zamanı iltihabı azaldır.
Qaragilə: Antioksidantların səviyyəsini artırır, beyinin sağlamlığını dəstəkləyir, sidik sisteminin yollarında infeksiyaların yaranmasının qarşısını alır.
İspanaq: Ağılın kəskinliyini saxlayır, qaraciyər, prostat, bağırsaq və yumurtalıq xərçənginin inkişafı riskini azaldır.
Qırmızı bibər: Ağciyər xərçənginin, prostat vəzinin yaranmasının riskini azaldır ki, günəş yanıqlarından qoruyur, ürək sağlamlığını təmin edir.
Brokkoli: Şəkərli diabet zamanı zədələri azaldır, mədə və döş, bağırsaq, mədəaltı vəzi, sidik kisəsi, prostat vəzi xərçənginin yaranma riskini azaldır ki, beyini xəsarətlərdən qoruyur.
Pomidor: İltihabı azaldır, qida borusu, mədə, bağırsaq, ağciyər və mədəaltı vəzi xərçənginin və ürək-damar xəstəliklərinin riskini azaldır.
Alma: İmmuniteti gücləndirir, ağciyər xərçəngi və prostat vəzi xəstəliyinin qarşısını alır, Alsqeymer xəstəliyinin riskini azaldır.
Böyürtkən: Sümüklərin bərkiməsinə səbəb olur, iştahı boğur, piyləri əridir.
Kök: Antioksidantlar DNT-ni qoruyur, katarakta ilə mübarizə aparır və bəzi xərçəng növlərindən qoruyur.
Gül kələmi: Detoksakikasiyanı stimullaşdırır, döş xərçəngi hüceyrələrinin artmasının və prostat vəzi xərçənginin yaranmasının qarşısını alır.
Albalı və gilas: Artrit və podaqra vaxtı ağrını, pis xolesterinin səviyyəsini və iltihabı azaldır.
Quşüzümü: Prostat vəzi zamanı ağrını azaldır, leykemiya, ağciyər və bağırsaq xərçənginin hüceyrələri ilə mübarizə aparır, sidik tənasül sitemində yaranan infeksiyaların qarşısını alır.
Kələm: Prostat vəzi, döş, bağırsaq və yumurtalıq xərçənginin riskini azaldır. Detoksikasiyaya kömək edir.
Kivi: Qırışlarla mübarizə aparır, qan laxtalanmasının yaranması riskini və qanda lipidlərin miqdarını azaldır, qəbizliyin qarşısını alır.
Göbələk: Detoksikasiyaya kömək edir, prostat vəzi və bağırsaq xərçənginin riskini azaldır, qan təzyiqini aşağı salır.
Portağal: Pis xolesterinin səviyyəsini azaldır, leykemiya və ağız boşluğu, mədə və döş xərçənginin riskini azaldır, iştahı boğur.
Gavalı: Qəbzliyin qarşısını alır, DNT-ni qoruyur, sümük toxumalarının itkisinin qarşısını alır.
Nar: Günün təsirinindən qoruyur, pis xolesterinin səviyyəsini azaldır, prostat vəzi xərçənginin inkişafı riskini azaldır.
Qarpız: Kişilərdə reproduktiv sistemə yaxşı təsir edir, prostat vəzi, yumurtalıq və ağız boşluğu xərçənginin riskini azaldır, dərini günəş yanıqlarından qoruyur.
Banan: Piylərin əridilməsinə səbəb olur, leykemiya və böyrək, bağırsaq xərçənginin riskini və astma simptomlarını azaldır.
0 Yorumlar