Ev dondurması - sovet plombirinin unudulmuş dadı

İnqrediyentlər:

  • Şəkər – 2 stəkan.

  • Süd – 1 litr.

  • Kərə yağı – 100qr.

  • Nişasta – 1 ç.q.

  • Yumurta sarısı – 5 ədəd.


Hazırlıq prosesi:

  1. Kərə yağını qızdırılmış südə salın və qaynadın.

  2. Şəkəri, nişastanı və yumurta sarılarını birləşdirin və həmcins kütlə alınana qədər yaxşıca qarışdırın. Sonra alınmış qarışığın üzərinə bir az süd əlavə edin və qarışdırın. Nəticədə xamaya bənzər konsistensiya alınmalıdır.

  3. Həmin vaxta qədər süd qaynayır və alınmış xamaya bənzər kütləni tədricən, incə axınla südə əlavə edin və qaynadın. (Bu halda daim qarışdırmağı unutmayın.)

  4. Qarışıq qaynadıqdan sonra onu odun üzərindən götürün və daim qarışdıraraq soyudun, sonra hazır qablara töküb dondurma halını alana qədər soyuducuya qoyun.

Yorum Gönder

0 Yorumlar