Ananaslı dondurma üçün sizə lazım olacaq:
- 150 q konservləşdirmiş ananas;
- 2 ədəd yumurta sarısı;
- 5 x.q. ananas siropu;
- 30 q şəkər tozu;
- 250 q yağlı qaymaq.
Qaymaqlı dondurma üçün sizə lazım olacaq:
- 0.5 banka qatılaşdırılmış süd;
- 250 q yağlı qaymaq.
Meyvəli dondurma üçün sizə lazım olacaq:
- 1 ədəd yetişmiş banan;
- 300 q çiyələk;
- 0.5 banka qatılaşdırılmış süd.
Ananasları blenderin köməyi ilə püre halına salın, sonra sirop, yumurta sarısı, şəkər və qaymaqla birləşdirib komponentləri yaxşıca çalın.
Sonra qaymağı ayrıca qatılaşdırılmış süd ilə çalın. Başqa qabda çiyələk və bananı püre halına qədər əzin sonra qatılaşdırılmış südlə birləşdirib yaxşıca qarışdırın.
Hər 3 dondurmanı 1,5 saatlıq soyuducuya qoyun və hər 15 dəqiqədən bir qarışdırın. Sonra dondurmanı lay-lay şəffaf formalara yerləşdirin və hazır olana qədər soyuducuya qoyun.

0 Yorumlar