Biz sizə az kalorili və eyni zamanda faydalı inqrediyentlərdən dondurma hazırlamağı öyrədəcəyik.
İnqrediyentlər:
- 1 stəkan nazik və xırda-xırda doğranmış xiyar,
- 1 limon şirəsi,
- 2 stəkan su,
- şəkər və ya bal,
- dondurma çubuqları.
Hazırlıq prosesi:
- 1. Plastik bir qaba su tökün. Limonu 2 yerə bölüb şirəsini suya əlavə edin.
- 2. Suya zövqünüzə görə şəkər və ya bal əlavə edin.
- 3. Dondurma formalarını 2/3 hissəsinə qədər limonadla doldurun. Onları 1 saat ərzində dondurucu kameraya qoyun. 1 saatdan sonra formaları soyuducudan çıxardın və buzu qaşıqla sındırın.
- 4. Buzlu formaya təxminən 1 x.q. xiyar əlavə edib qarışdırın və dondurma çubuqlarını yerləşdirin. Tam donması üçün formaları 3-4 saatlıq soyuducuya qoyun.

0 Yorumlar