Yanaqlardakı çillər, bütün qadınların ortaq problemlərindən biridir. Ancaq, sadə üsullarla çillərinizdən xilas ola bilərsiniz…
Dərinizi turş süd ilə yuyun. Turş süddəki laktik turşu, dərinizi qıcığlandırmadan təbii bir peeling ilə təmin edəcək.
Limon suyu, sübut edilmiş bir çil döyüşçüsüdür. Limon suyunu barmaq uclarınızla dərinizə yedirməniz kafi olacaq.
Tərəvəz-meyvə maskası edin. Cəfəri suyunu, bərabər miqdarda limon və portağal suyuyla qarışdıraraq, nəmləndirici kreminizdən əvvəl tətbiq edin. Çillərinizin itməsinə köməkçi olacaq.
C vitaminli qidalar istehlak edin.
Yumurta ağından çillər üçün maska
Dəridəki hər cür ləkə və yayda çıxan çilləri yox etmək üçün, bir yumurta ağına 15 damla limon suyu damladın və bitki losyonuyla təmizlənmiş dəriyə üç qat sürtün. Həftədə 2-3 dəfə istifadə edilsə dəridə ləkə qalmaz. Yumurta ağı eyni zamanda dəridəki məsamələri sıxışdırar, dərini gücləndirər. Limon isə ləkələri yox edər.
Maskalar:
1 qaşıq cəfəri və bir qaşıq balı qarışdırıb, dərinizə tətbiq edin, 45 dəqiqə gözlədin. Bu qarışığa limon suyu da əlavə oluna bilər. Bunun üçün 2 yemək qaşığı cəfəri qıymasına, bal və limon suyu ilə qarışdırılır, dəriyə tətbiq olunub 15 dəqiqə gözlədilir.
Cəfəri suyunu südlə və ya qatıqla qarışdırın, dəriyə maska olaraq tətbiq edin, 15 dəqiqədən sonra otaq istiliyindəki suyla yuyun.
Ləkə müalicəsi üçün çiyələk, meşə çiyələyi və qarağat istifadə edilə bilər. Meyvələrdən maska hazırlayıb üzünüzə tətbiq edin, 20-30 dəqiqə gözlədin və ilıq suyla yuyun.
Yarım stəkan badamın üzərinə bir stəkan qaynar su əlavə edin, 3-5 dəqiqə sonra suyu süzün badamları robotdan keçirin. Badam qıymasına yarım limon sununu və 1 yemək qaşığı ilıq su əlavə edin, qarışdırıb soyudun. Maskanı tətbiq edin, 30 dəqiqə gözlədib yuyun. Həftədə iki dəfə 4-5 ay müddətində tətbiq etməyiniz lazımdır.
25 qram maya ilə1 çay qaşığı limon sununu qarışdırın. Üzərinə 1 yemək qaşığı süd əlavə edin. Yaxşıca qarışdırın. Maska olaraq tətbiq edin, 20 dəqiqə saxlayıb yuyun.

0 Yorumlar