- Çayı dəmlədikdən sonra 20 dəqiqə gözlədib daha sonra için, eyni dəmdən olan çayı 1 saat sonra istifadə etmək olmaz.
- Dəmliyin şüşə, farfor, polad olması daha məqsədə uyğundur. Çayın dadını və keyfiyyətini dəmlənmə zamanı dəyişmə. Suyun əhəngli olub olmamasını təyin edər. Vam odda dəmlənməsi uyğundur.
- Çay incə uclu, boyunlu şüşə stəkanda dadı maksimum ala bilmək üçün şəkərsiz, dadlandırıcısız və ya mümkünsə az şəkərlə içilməlidir.
- Çayı nəm götürməyən qabın içində saxlamaq lazımdır. İstifadə etdikdən sonra istilik və günəş görməyən bir qutuda saxlanmalıdır. Tütün kimi quru çayları digər təzə yarpaqlılarla, (albalı, bergamot və s.) fərqli aromalı yarpaqlılarla qarışdırmaq məsləhət deyil.
- Süd əlavə etmək istəyənlər üçün light süd təklif edirəm. Yağsız olmasına diqqət edin .Yağsız çay südü fərqlidir. Limonlu çay sevənlər üçün limon çaya sıxılmaz içinə buraxılar, sıxılmışına kant deyilir hamamda içilər.
- İpli, paketli və s. çay olmaz, çay sürətli və ilıq əsla içilməz, uzun səfərlər üçün çay, qəhvə kimi termosa qoyulmaz.
- Tənəkə qutuda şəkərli soyuq içkilər (buzlu çay) çay deyə satıla bilər, ancaq onlar içkidir.
- Çayın meyvəlisi, qoxulusu, rənglisi, yaşılı, ağı olmaz.
- Çayın saatı, xidməti yoxdur istədiyiniz vaxt təzə dəmlənmiş çay içə bilərsiniz.
- Çox sıx və tünd çay içmək dəmir əskikliyi yarada bilər.
- Müzakirə edilən mövzu hər nədirsə çay içildiyində mühitə anlayış qatar, sonunu şirinə bağlar, qəhvə kimi adama və mühitə oyanıqlıq, təlaş verməz. Təvazökar edər adamı.
Nuş olsun...

0 Yorumlar