Dərinin hamar və təzə olması üçün, onu daim nəmləndirmək lazımdır ki, burada sizin köməyinizə əlbəttə su çatacaq. Optimal su miqdarını seçərkən bədən çəkisi, fiziki fəallıq və ilin fəsli nəzərə alınmalıdır. Amma hər halda gün ərzində ən azı 8 stəkan su içmək lazımdır. Yetərincə maye dərinin nəmlənməsini təmin edir ki, nəticədə dəri çox elastik, yumşaq və hamar olur. Su həmçinin orqanizmin elektrolit balansının saxlanılması, yəni beyinin düzgün işi üçün lazımdır.
Qəhvə hər gün milyonlarla insanın istifadə etdiyi içkidir. Elmi araşdırmalara əsasən gün ərzində cəmi 1 qəhvə fincanı xərçəng xəstəliklərinin riskini 10%-ə qədər aşağı salır. Alimlərin fikrincə, bu kofeinin antikanseroqen xüsusiyyətləri ilə əlaqəlidir. Kofeinsiz qəhvə belə xüsusiyyətlərə təəssüf ki malik deyil.
Kiçik dozalarda alkoqol insan üçün xeyirlidir. Alqkoqolun insan psixikasına təsirini alimlər hələ izah etməyi bacarmasalar da, onların fikrincə alkoqol ağıl zəifliyinə və yaddaşın itməsinə səbəb olan dəyişikliklərin qarşısını alır. Alimlərin fikrincə qadınlar üçün 1 qədəh kişilər üçün isə 2 qədər şərab sağlamlıq üçün çox faydalıdır. Lakin çox miqdarda alkoqol əks effekt verir, beyinin hüceyrələrini zədələyir.
Yaşıl çay qocalmağın qarşısını alır. Bu içki ürək-damar xəstəliklərinin yaranma riskini aşağı salır, tərkibində olan ftorun sayəsində dişləri bərkidir və kariyesin qarşısını alır. Tədqiqatlar göstərir ki, yaşıl çay həmçinin hüceyrələrin qocalmasının qarşısını alır. Onun tərkibində olan güclü antioksidləşdiricilər oksidləşmə nəticəsində hüceyrələrin zədələnməsini azaldır ki, bu proses hüceyrələrin qoruyucu xüsusiyyətlərini pozur və şəkərli diabet, ateroskleroz, Alsqeymer, insult və xərçəng kimi xəstəliklərin inkişafına gətirib çıxara bilər. Bunun üçün gün ərzində 4 fincan yaşıl çay içmək lazımdır.
Kakao ürək üçün faydalıdır. O tərkibində olan flavonoidlərin sayəsində hipertoniya, ateroskleroz, şəkərli diabet və böyrək xəstəliklərinin və yaddaşla problemlərin qarşısını alaraq qan damarların cavanlığını saxlayır.
Qreypfrut şirəsi dərini hamarlaşdırır. Bu, meyvəni qırmızı rəngə boyayan likopin maddəsinin sayəsində olur. Likopin hüceyrələri zədələyən azad radikalları neytrallaşdıran ən güclü antioksidləşdiricilərdən biri hesab edilir. O dərinin qocalması prosesini yavaşıdır, onu günəşdən müdafiə edir, həmçinin dərinin elastikliyi üçün cavab verən zülalın sintezini stimullaşdırır.
Yerkökü şirəsi — yaddaşın yaxşılaşması üçün əla vasitədir. Bu xüsusiyyəti ona tərkibində olan lyuteolin maddəsi verir ki, bu maddə antiallergik, sətəlcəmə qarşı, şiş əleyhinə, həmçinin immuniteti gücləndirən təsir göstərir. Son elmi araşdırmalar göstərdi ki, bu maddə həmçinin orqanizmin qocalmasının qarşısını alır və Alsqeymer və dalğın skleroz xəstəliyinin müalicəsində çox effektivdir.
Portağal şirəsi qocalana qədər görmə qabiliyyətini yaxşılaşdırır ki, bu da onun tərkibinə daxil olan lyutein maddəsi ilə əlaqəlidir. O gözün torlu qişasını qoruyur və görmə qabiliyyətini yaxşılaşdırır.
Çuğundur şirəsi yaddaşı yaxşılaşdırır. Nitrat turşusunun təbii duzları və antioksidləşdiriciləri ilə zəngin çuğundur şirəsi əsl cavanlıq eliksiridir. Alimlərin tədqiqatları sübut etdi ki, çuğundur şirəsi qan damarlarının genişlənilməsinə imkan yaradır və hüceyrələrin oksigenlə qidalanmasını təmin edir.

0 Yorumlar