Piroqun hazırlanma vaxtı 1,5 saatdır.
Lazımlı inqrediyentlər:
- 6 dilim ananas (dairəvi formada kəsilmiş),
- yumurta – 4 ədəd,
- albalı qurusu - 6 ədəd,
- kərə yağı - 300 q.,
- süd - 6 x.q.,
- şəkər - 550 q.,
- buğda unu – 300 q.
Hazırlıq prosesi:
- Sobanı 180 dərəcəyə qədər qızdırın.
- 250 q. şəkər və 200 ml sudan qənd siropu hazırlayın, sonra onu bişirmək üçün düzbucaqlı formaya tökün və fırça ilə formanın diblərinə və qıraqlarına yayın. Formanı 2 dəqiqə ərzində sobaya qoyun.
- Formaya ananas dilimlərini düzün və hər dilimin ortasına 1 albalı qoyun. (Kompotdan olan albalılardan da istifadə etmək olar.)
- Kərə yağını qalan şəkər ilə qarışdırın və üzərinə yumurta əlavə edin. Xəmiri daim qarışdıraraq üzərinə incə axınla un sonra isə süd töküb qarışdırın.
- Hazır xəmiri formaya ananasların üzərinə tökün və 40 dəqiqə ərzində sobada bişirin.
- 30 dəqiqədən sonra piroqu formadan çıxarıb süfrəyə təqdim edə bilərsiniz.
Nuş olsun!

0 Yorumlar