8 ən təhlükəli dəb trendi

Dəb yalnız yüksək deyil, həm də təhlükəli ola bilər, buna görə də sözün əsl mənasında onun qurbanına çevrilməmək lazımdır. Biz sizə sağlamlığınızda ola biləcək problemlərdən qaçaraq zərif qalmağın sirlərini təqdim edirik.

"Balkonet" və "push-up" tipli büstqalterlərbustqalter

"Balkonet" ən məşhur büstqalter modellərindən biri hesab edilir. Öz formasının sayəsində o xanımlarda çox seksual görünür (bu tip alt geyimlərində çox vaxt bretellər olmur). Lakin son araşdırmalar nəticəsində məlum olub ki, bu tip büstqalterlərdən çox istifadə edən xanımlarda sinə xərçəngi xəstəliyinin riski artır.

Strinqlərstrinqi

Bu gün strinqi ən məşhur alt geyimlərindən biri hesab edilir. Həkimlərin fikrincə isə bu tip alt paltarları sidik-tənasül sistemi infeksiyalarının yaranmasına səbəb ola bilər.

Uzun burunlu və dar ayaqqabılarayaqqabi

Hər kəsə bəlli narahatlıqdan başqa belə ayaqqabıların istifadəsi dırnaqların ətə girməsi və hətta pəncənin deformasiyası ilə nəticələnə bilər.

Hündür daban ayaqqabılarhundur-daban

Çox hündür ayaqqabılar geyinərkən bizim bədən çəkimiz dərhal irəli düşür, onurğamız isə tarazlığı saxlamağa çalışır. Buna görə kürək ağrımağa başlayır, qamət pisləşir və hətta onurğa arası qrıja yarana bilər. Bundan ayaqlarda şişlər yarana bilər. Bu tip ayaqqabılar zərif və incə görünsə də çalışın seçdiyiniz ayaqqabılar çox hündür olmasın.

Yastı daban ayaqqabıyastidaban-ayaqqabi

Yastı daban ayaqqabılar daha rahat olsalar da, ayaqqabılarda dabanın yoxluğu onurğa sümüyünə yükü artırır, düzdabanlıq və kürülərdə ağrılar yaradır.

Ucuz bəzək və bijuteriyalarjennifer-lopez

Ucuz və tanımadığınız yerlərdən satıcılardan aldığınız bəzək və bijuteriyalar müxtəlif allergiya və qıcıqlanmaya səbəb ola bilər. Təbii ki, söhbət yalnız keyfiyyətsiz məhsullardan gedir.

Çox iri və ağır sırğalarsirqalar

Bu tip sırğalar qulaqların sırğalığını darta və onların deformasiyasına səbəb ola bilər. Böyük sırğalar çox şık və gözəl görünsə də, onların gündəlik istifadəsi qulaqların sırğalıq nahiyəsini dartır. Bu səbəbdən çalışın yüngül metallardan hazırlanmış sırğalardan istifadə edəsiniz və vaxtaşırı qulaqlarınıza istirahət verin.

Çox dar cinslərdar-cins

Çox dar şalvarlar əks cinsin diqqətini cəlb etsədə sizin sağlamlığınızda ciddi problemlər yarada bilər. Çox dar cinslər qan dövranını çətinləşdirir. Bəzi həkimlər hesab edirlər ki, onlar hətta selülitin yaranmasına səbəb ola bilər.

Yorum Gönder

0 Yorumlar