Daha zərif görünmək istəyirsinizsə bu təkliflər tam sizə görədir...
Şalvarlarınız, ətək, bluz və ayaqqabılarınızı düz bir şəkildə kombinə edərək ən azı 6 kilo vermiş kimi görünməyiniz mümkündür. Hələ bunların hamısı qaradırsa daha gözəl nəticə əldə etmək olar. Əgər tək rəng işi mənə görə deyil deyirsinizsə ayaqqabılarınızı parlaq bir rəng seçərsiniz olar bitər.
İncə görünməyin bir nömrəli sirri: Nisbət
Bol və yumru seqmentlər sizi kobud və kilolu göstərər. Buna görə nisbəti düzgün təmin etmək üçün bol bir ətəklə dar bir tişört, uzun və uçuş bir tunikle dar bir jeans ya da mini ətəklə daha uzun bir bluz seçib nisbəti tutmağa çalışın.
Doğru pencək seçimi
Ombalarınıza qədər uzanan pencəklər və üzərinizdə bol dayanan modellər sizi olduğunuzdan daha kilolu göstərər. Bel qisimi oturan bir pencək hər vaxt belinizi incə göstərəcək.
Formalı ətəklər
Qələm ətəklər xoş görünsə də hər kəsi daha kobud göstərməyə meyllidir. Belə oturduqdan sonra yüngül boşalan bir ətək hər vaxt daha yaxşıdır.
Plaşınız uzundursa, siz də uzunsunuz
Bel xəttindəki plaşlardan mümkün olduqca çəkinin, daha uzun və ombanızı örtən modellər sizi uzun göstərəcək.
Jeansləri dikdabanlarla geyin
Jurnallarda, qəzetlərdə niyə bir çox məşhurun jeanslərin altına dikdaban ayaqqabı geyindiyi sizə maraqlanıdır? Çünki bu son dərəcə doğru bir seçimdir. Belə bir kombinasiya xüsusilə dar seqment bir jeanslə edilsə hər qadını olduğundan daha incə, uzun və qəşəng görsənəcək.
Doğru kəmər seçimi
Daha geniş kəmərləri seçməniz sizi daha da kiçik göstərər. Belinizə tam oturan bir kəməri seçmənizdə fayda var.
Şalvarınızın bel qisminə diqqət edin !
Bel qisimi düz olan bir model və 1 -2 sm daha geniş olan bir şalvarı seçin. Beləcə qarın qisiminiz ikiyə bölünməz .
Qırmızıdan imtina etməyin!
Gücün və özünə inamın simvolu olaraq görülən qırmızı iddialı bir rəng olmasının yanında tünd tonları seçildiyində gizləyici xüsusiyyəti vardır. Buna görə qara ilə özünüzü məhdudlaşdırmayın qırmızı da bir alternativ üsuldur.
Naxışlı geyimlərə diqqət edin
Naxışlı geyimlərində düz paltarlar qədər incə göstərən xüsusiyyəti var, təbii ki doğru istifadə edildiyində. Əgər ombalarınız genişdirsə qara bir tayt üzərinə naxışlı bir tunik ilə kombinasiya edərək kamuflyaj edə bilərsiniz. Unutmayın naxış nə qədər kiçik olarsa, bir o qədər qədər incə görünüş əldə edəcəksiniz...

0 Yorumlar