Tatuajlı qaşlar

Hər bir qadına yaraşa biləcək universal qaş formaları yoxdur, amma zərif cinsin nümayəndələri özlərinə uyğun ideal qaş formalarını, onların uzunluğunu və qalınlığını fərdi seçirlər və simmetrik nisbətlərdə hər gün düzəliş etmək məcburiyyətində qalırlar. Müasir kosmetologiya prosedurları bu gündəlik qulluq proseslərini bir az da olsa yüngülləşdirmək üçün bir prosedur nəzərdə tutub. Bu təbii ki, daimi makiyajın bir növü olan qaşların tatuajıdır.

Tatuaj qaşların artımında problem müşahidə olunan, açıq rəngli qaşları olan və ya uzun müddət bir qaş formasını saxlamaq istəyən bütün qadınlar üçün uyğundur. Onun köməyi ilə qaşların sıxlığına düzəliş etmək və ya zərif formalar vermək olar. Tatuajdan fərqli olaraq, daimi makiyaj zamanı boyanı dərinin səthi qatına daxil edirlər ki, o da dəridə cəmi 3-5 il ərzində qalır. Müəyyən vaxtdan sonra rəngləyən piqmentləri dərinin hüceyrələri emal edir və onlar tamamilə həll olur.

Qaşların daimi makiyajının bir neçə əhəmiyyətli üstünlüklər var:

  • Hər gün qaşları rəngləyərək forma verməyə ehtiyac qalmır.

  • Tatuaj nə su, nə yağışla, nə vanna otağında, nə hamamda, nə də ki çarhovuzlarda yuyulmayacaq və hətta göz yaşları belə onun üçün qorxulu deyil.

  • Bu günün istənilən vaxtı kosmetik vasitələrsiz baxımlı görünmək imkanıdır.

  • Onun köməyi ilə qaşların enini, sıxlığını, rəngini, formasını və bir ölçüdə olmasını və istənilən çatışmazlıqlarını düzəltmək olar.

  • Bundan başqa, qaşların tatuajının bir neçə növü mövcuddur ki, hər bir qadın da özünə uyğun bir variant seçə bilər.


Tatuaj edərkən bir neçə əks göstərişlər də var ki, onları da nəzərə almaq lazımdır. Məsələn şəkərli diabet xəstəliyi, qanın laxtalanması ilə yaranan problemlər, onkoloji xəstəliklər, hamiləlik və laktasiya dövrü, üz sahəsində iltihablar və dəri xəstəlikləri, allergik reaksiyalara meyllilik, aybaşı dövrü və s.

Prosedurdan əvvəl mümkün ola biləcək nəticələrə hazır olun. Çoxları şikayət edirlər ki, tatuajı keyləşdirici vasitələrin tətbiqi olmadan ağrılı həyata keçirirlər. Bu məqamı qabaqcadan mütəxəssislə müzakirə etmək olar. Əgər siz ağrıkəsici vasitə almaq istəyirsinizsə, bu zaman əlavə ödəniş keçirməli olacaqsınız.

Çox vaxt qadınları hər şey qane edir, lakin bəzən tatuajdan sonra qaşların rəngi çox parlaq göründüyü üçün və ya qaş forması uyğun olmadığı üçün onların xoşuna gəlmiyə bilər. Buna yalnız təcrübəsiz kosmetoloq və ya yanlış seçilmiş klinika səbəb ola bilər. Bu halda nəticədən qurtulmaq üçün sizə xüsusi lazer prosedurları kömək edəcək.
Prosedurdan sonra qaşlara qulluq.

Tatuajdan sonra, qaşların üzərində qabıq qalır ki, onu heç bir halda qopartmaq olmaz. Bu son nəticəni tam korlaya bilər və ciddi iltihablara, çapıqlara gətirib çıxara bilər. Mütəxəssis sizə qızartıları və qaşların özlərini emal etmək üçün xüsusi krem və ya məhlul məsləhət görməlidir. Adətən əlavə təsirlər iki həftədən sonra keçir.

Yorum Gönder

0 Yorumlar