Sürətli səhər makiyajı üçün 6 məsləhət

Qızların əksəriyyəti gündəlik makiyaja vaxt ayıra bilmir. Kimsə işə, kimsə universitetə, kimsə də görüşə gecikir. Minimal bir vaxt ərzində qüsursuz makiyajı necə əldə etmək olar? Makiyaja ən çox 20 dəqiqə xərcləmək olar. Əsas bu proseduru ardıcıl etmək və sıra ilə lazımlı manipulyasiyaları yerinə yetirmək lazımdır. Gəlin bəzi məsləhətlərə nəzər salaq, hansılar ki, sizə daha sürətli makiyaj etməyə kömək edəcək.

  1. Əvvəlcə gündüz kremini sürtün ki, tonalnı üzünüzə asan yayılsın və 5 dəqiqə gözləmək lazımdır. Kremin hopması zamanı öz işlərinizlə məşğul ola bilərsiniz: çayniki qoymaq, şalvar və ya koftanı ütüləmək, çantanı yığmaq və ya səhər yeməyini hazırlamaq və s. Bundan sonra, tonalnı kremini vurmaq olar.

  2. Səhərlər vaxt itirməmək üçün, yatmazdan əvvəl kosmetikanı çıxardın. Fikirləşin, hansı makiyajı səhərlər edəcəksiniz, hansı kölgələrdən və pomadadan istifadə edəcəksiniz.

  3. Əgər siz çox tələsirsinizsə, sıx kirpiklər və parıltı gündüz makiyajı ən optimal variant olacaq. Belə sadə makiyajla siz həmişə baxımlı görünəcəksiniz.

  4. Əgər gözləri qeyd etmək istəyirsinizsə, ilk əvvəl onlara tünd karandaş sürtün. Kölgə istifadə etməmək daha yaxşıdır, çünki onu sürtmək vaxt aparacaq. Daha sonra tuş sürtmək olar.

  5. Dodaqlara çox vaxt sərf etməmək üçün, şəffaf parıltıdan istifadə etmək olar. Onun çəkilməsi üçün sizə dodaqları karandaşla vurğulamaq lazım deyil. Bundan başqa, şəffaf parıltı dodaqlara zəriflik və təbii görünüş verərək.

  6. Kirpikləri tuşla rəngləmək əvəzinə, onları burmaq olar. Nəticə – heyrətləndiricidir. Burulmuş kirpiklər gözləri daha böyük və ifadəli göstərir.


Bu məsləhətləri nəzərə alsanız, gündüz makiyajı vaxtınızı çox almayacaq.

Yorum Gönder

0 Yorumlar