Sümüklərin artması və bərkidilməsi üçün faydalı məhsullar

Sümüklərimizin sağlamlığı üçün kalsium, fosfor, maqnezium, sink, manqan, mis və D vitamini kimi bir çox qidalı maddələr tələb olunur. Həm də onlar məhz bir-biriləri ilə uyğunluqda müsbət təsir edirlər.

Əlbəttə ki, sümüklərimizin, oynaqlarımızın və dişlərimizin möhkəm və sağlam olması üçün ən əhəmiyyətli element kalsiumdur. Bundan başqa mikroelementlərin orqanizmə sistematik daxili xolesterinin səviyyəsini aşağı salır, yağ mübadiləsini nizama salır, ürəyin işini yaxşılaşdırır və işemik xəstəliyin profilaktikasına xidmət edir.sumukler

Kalsiumun defisiti vaxtı sümüklər ağrımağa başlayır, insan tez yorulur və tez qıcıqlanır. Sonra osteoporoz, osteoxondroz, artroz kimi xəstəliklər inkişaf etməyə başlayır, dırnaqlar tez sınır və kövrək olur, saçlar solğunlaşır, dişlərin rəngi dəyişir.

Sümüklər üçün digər əhəmiyyətli elementlər - fosfor, maqnezium və D vitamini - kalsiumun yaxşı mənimsənilməsi üçün lazımdır. Fosfor skeletin möhkəmliyinə təsir edir, maqnezium isə sümüklərdə kalsiumun saxlanmasına imkan yaradır.
Bundan başqa sümüklərimizin möhkəm olması üçün biz həm də düzgün və zəngin rasiona uyğun olaraq qidalanmalıyıq.sud

Kalsiumla zəngin məhsullar:

Hər kəsə məlum olduğu kimi süd və süd məhsulları ən zəngin kalsium mənbəyidir. O sümük toxumalarını bərkidir. Lakin kifayət qədər kalsium əldə etmək üçün gün ərzində 1 litrdən çox süd içmək lazımdır ki, bunu da hər kəs etmir. Buna görə mümkün qədər çox müxtəlif süd məhsullarından istifadə etmək lazımdır.

Süd məhsulları, dondurmalar, pendir və kəsmik kalsiumla zəngindir və çox faydalıdır. Lakin artıq çəkidən əziyyət çəkənlər bir az ehtiyatlı olsalar yaxşıdır, çünki bu məhsulların çoxunda yüksək dərəcədə yağ, dondurmada isə şəkər var.

Badam və həmçinin badam yağında da xeyli miqdarda kalsium və zülal var

Kələm və göyərti. Yarpaqlı kələm digər kələm növləri ilə müqayisədə daha faydalı hesab edilir. Sümüklərin bərkidilməsi üçün istənilən yarpaqlı tərəvəzlərdən istifadə etmək olar: ispanaq, kərəviz və s. Bu tərəvəzlərin tərkibində əsasən az kalori və çox kalsium olur.terevez

Örtülütoxumlular. Unutmayın ki, turp, çuğundur, şalğam və s. kimi tərəvəzlər də insan orqanizmi üçün xeyirlidir. Kalsiumun yaxşı mənimsənilməsi üçün bu tərəvəzləri bitki yağı ilə istifadə etmək məsləhətdir.
D vitamini ilə zəngin məhsullar:


  • Yağlı balıq. Sardinlərin tərkibində yüksək miqdarda kalsium və D vitamini var. Qızılbalıq həmçinin D vitamini və ürək üçün faydalı olan yağlı turşularla zəngindir.

  • Yumurta. Yumurtanın tərkibində D vitamininin gündəlik normasının 6%-i var. Bundan başqa onun tərkibinə kalsium, natrium, fosfor, kalium, maqnezium və başqa faydalı mikroelementlər daxildir.

  • Qaraciyər. Həmçinin A vitamini və mis ilə zəngin qaraciyərdə xeyli miqdarda D vitamini də var. Bu vitamin həm də balıqların və quşların qaraciyərlərində olur.


Bundan başqa D vitaminini kərə yağından, kürülərdən, göbələklərdən, günəbaxan tumlarından və bəzi otlardan da almaq olar.

Fosforla zəngin məhsullar:

Bu kalsiumun orqanizm tərəfindən mənimsənilməsi üçün daha bir əhəmiyyətli elementdir. Xeyli miqdarda fosfor dana ətində olur, xüsusilə onun boyun hissəsində. Fosfor həmçinin balıq və dəniz məhsullarının tərkibinə də daxildir.baliq

Sink, maqnezium və manqan ilə zəngin məhsullar:

Sink çatışmazlığı vaxtı insanın orqanizmində çox vaxt osteoporoz inkişaf edir. Qaraciyər, mal əti, əridilmiş pendir, qoyun əti, quş əti, yarmalar, paxla, yerfındığı və sidr fındığı kimi məhsullar sink ilə zəngindir.
Maqnezium, fosfor və kaliumun dəyişməsində mühüm rol oynayır. Xüsusilə o uşaqlara, hamilə qadınlara və sərt pəhrizə riayət edənlərə lazımdır. Bütün fındıqlar, paxla, buğda kəpəkləri, dəniz kələmi, qara gavalı, tumlar və yarmalar maqneziumla zəngindir.

Manqan həmçinin qığırdaqların və sümüklərin artmasını yaxşılaşdırır, o sümük toxumalarının qurulmasında iştirak edən fermentlərin tərkibinə daxildir. Manqan çuğundurda, ispanaqda, yaşıl salatda, sarımsaqda, malın qaraciyərində, bərk növdə olan makaronlarda və göbələklərdə çox olur.qoz-findiq

Bundan başqa sümüklərimizin sağlamlığı üçün ərik və qaysı qurusu çox faydalı hesab edilir. Onların tərkibində kalsium, fosfor, maqnezium, kalium, manqan kimi faydalı elementlər var.

Həmçinin sümüklərin bərkidilməsi üçün portağal şirəsi içmək lazımdır. Onun tərkibinə az miqdarda da olsa vitaminlər, kalsium, fosfor, maqnezium və başqa mikroelementlər daxildir. Şirədə askorbin turşusu kalsiumun mənimsənilməsinə kömək edir, şirənin özü isə möhkəmləndirici və canlandırıcı təsir göstərir.

Yorum Gönder

0 Yorumlar