Süd verən ananın qidalanma xüsusiyyətləri

Düzgün qidalanma məsələsi gənc anaları çox narahat edir. Süd verən qadın öz rasionuna diqqət yetirməli və onu yalnız sağlam deyil, həm də maksimal dərəcədə zəngin etməlidir.
Süd verən anaların əsas qidalanma qaydaları

Süd verən qadınların qidalanması kalorili olmalıdır, çünki hamiləlik dövründə orqanizm yüklənir və resursları uşağın xeyrinə bölür. Doğuşdan sonra qadın orqanizmin bərpasına qayğı göstərməlidir. Hamiləlik dövründə və uşaq olduqdan sonra süd verərkən qadının qidalanma kalorililiyi 600-700 kilokolori daha çox olmalıdır nəinki hamiləliyə qədər. Heç bir halda əvvəlki formanızı qaytarmaq ümidi ilə ciddi pəhrizlər saxlamayın. Zamanla artıq santimetrlər özləri yox olacaq, lakin artıq kilolar ilə radikal mübarizə körpəyə ciddi zərər vura bilər.

Süd verən ananın qidalanma rejimi gün ərzində orta porsiyalarla 5-6 qida qəbulunu təşkil etməlidir. Menyu müxtəlif və zəngin olmalıdır, əks təqdirdə uşaqda avitaminoz yarana bilər. Birinci dörd ay ərzində yeni məhsulları körpənin reaksiyasını diqqətlə müşahidə edərək tədricən daxil etmək lazımdır. Əgər bu zaman körpənin qarnında sancılar yaranarsa, qida rasionunuza yeni daxil etdiyiniz məhsulun istifadəsini bir az sonraya saxlayın.

Uşağı yedizdirmədən əvvəl bir az qəlyanaltı etsəniz bu sizin südünüzün miqdarını artırmağa kömək edəcək. Qadın uşağın doğuşu zamanı böyük miqdarda maye itirir. Su itkisini bərpa etmək üçün, mümkün qədər çox maye qəbul etmək tövsiyə edilir (gün ərzində təxminən 3 litr), əks halda orqanizm susuzluqdan əziyyət çəkəcək. İçilən mayenin miqdarından həmçinin südün hazırlanması asılıdır. Əgər uşağı yedizdirmədən yarım saat əvvəl bir stəkan su içsəniz, bu zaman südünüz daha çox olacaq.
Süd verən ananın qidalanması üçün məsləhət görülən məhsullar

Süd verən anaların rasionuna mütləq yağsız qaynadılmış ət növləri daxil olmalıdır (dana əti, toyuq əti, mal əti). Bundan əlavə, menyuya yumurta, süd məhsulları, balıq kimi zülallarla zəngin məhsulları daxil edin. Balığın tərkibində uşağın inkişaf edən orqanizmi üçün lazımli D vitamini var. Süd məhsulları kalsiumla zəngindir ki, onun çatışmazlığı uşaqlarda raxit doğura bilər. Körpəyə və süd verən anaya kəsmik, xama, kefir kimi süd məhsulları da çox xeyirli hesab edilir.

Onlar bağırsaqların yaxşı işləməsini təmin edir, buna görə də körpə qəbzlikdən əziyyət çəkməyəcək. Amma unutmayın ki, hər şeydə həddi bilmək vacibdir. Kefir və südü gündə ən çox 600 ml istifadə etmək tövsiyyə olunur, əks halda körpədə allergik reaksiya yarana bilər. Menyuya qidalı liflərlə zəngin olan yulaf, qarabaşaq və buğda sıyıqlarını da daxil edə bilərsiniz. Qabıqsız yaşıl alma və az miqdarda banan yeməyə də icazə verilir.

Süd verən analar anlamalıdır ki, onların necə qidalanması uşağın sağlamlığıni və vəziyyətini müəyyən edir. Bu səbəbdən hansı məhsulların körpə üçün potensial təhlükəni doğura biləcəyini bilmək lazımdır. Buna görə şorabaları, marinadları, konservləri, qırmızı almaları, yerfındığını, ədviyyatları, tropik meyvələri (ananası, manqonu, avokadonu, şaftalını), xərçəngi, krabları və krevetləri, çiyələyi, şokoladı, müxtəlif qazlı içkiləri, alkoqolu, hisə verilmiş məhsulları öz rasionunuzdan çıxarın. Sarımsaq və soğan südün dadını korlaya bildikləri üçün onlardan da istifadə etmək məsləhət olunmur. Şirniyyat, üzüm və şəkər kimi qıcqırma yarada bilən məhsulların da istifadəsini məhdudlaşdırmaq lazımdır.
Süd verən analar üçün faydalı içkilər

Bu dövrdə adi təmizlənmiş su əsas içki olmalıdır. Qazlı içkilərin qəbulundan qəti surətdə imtina edin, çünki onlar körpənin qarnında güclü ağrılar yarada bilər. Limonadların tərkibində ana südünə tez hopa bilən xeyli miqdarda konservant və boya var.

Bəzi süd verən qadınlar təbii şirələrdən istifadə etməyə üstünlük verirlər. Lakin onlardan hansılarının allergik reaksiyaya səbəb olacağını bilmək lazımdır. Az miqdarda yaşıl almadan (qırmızı alma – ən güclü allergen sayılır!) hazırlanmış təbii şirə içməyə icazə verilir. Tomat, üzüm və sitrus meyvələrinin şirəsinin qəbulundan çəkinin. Süd verən qadının rasionunda süd və süd məhsulları olmalıdır.

Alkoqollu içkilər uşaqda zəhərlənməyə səbəb olur. Alkoqol südə daxil olaraq, əqli və fiziki çatışmazlıqlara səbəb olur, həmçinin uşağın inkişafını ləngidir. Çay və qəhvə əsəb sisteminə təsir edir, buna görə onları az miqdarda zəif dəmlənmiş halda istifadə etməyə icazə verilir.

Əgər süd verən qadın düzgün qidalanma rejiminə riayət edərsə, bu zaman tezliklə hamiləlik zamanı yığılmış artıq çəkinin itməsinə nail olacaq və bu heç cür yedirmə prosesini davam etməyə mane olmayacaq. Həmçinin zərərli vərdişlərdən də imtina etmək lazımdır. Belə ki, tütünün istifadəsi uşaqda astma və pnevmoniya xəstəliklərinin yaranmasını əhəmiyyətli dərəcədə yüksəldə bilər.

Yorum Gönder

0 Yorumlar