Şokoladlı prosedurlardan istifadə etmək üçün bahalı salonlara yola düşmək mütləq deyil, siz bunu evdə də edə bilərsiniz.
Dodaqlar üçün
Çatlamış, quru dodaqlar əsl problemdir. Kakao-tozu bu problemin öhdəsindən asanlıqla gəlməyə kömək edir! Bərpaedici maska üçün 2 çay qaşığı kakaonun üzərinə bir az ilıq su əlavə edin (pastaya bənzər vəziyyət alınana qədər). Su buxarında iki damcı jojoba yağı əlavə edərək bir az arı mumunu əridin. Mum kütləsini kakao ilə qarışdırın və alınmış balzamı 20 dəqiqə ərzində dodaqlarınıza çəkin, sonra isə ilıq su ilə yuyun.
Saçlar üçün
Müasir zamanda artıq sıx və parlaq saçların xoşbəxt sahibələrinə nadir hallarda rast gəlinir. Amma düzgün qulluq və istək zamanı hər birimiz parlaq saçlara malik ola bilərik. Sizə bu məsələdə kömək edə biləcək bir resept təqdim edirik: bir qaşıq kakaonu bir qaşıq su ilə qarışdırıb bir az qızdırın. Alınmış məhlulu yumurta sarısı ilə qarışdırın və üzərinə yarım stəkan kefir əlavə edin. Bu maskanı saçlara çəkdikdən sonra polietilen papaq geyinmək lazımdır. Bir saatdan sonra saçlarınızdan maskanı yuya bilərsiniz. Tam bərpa kursu üçün ən azı ay yarım vaxt tələb olunur. Bu halda saçlar üçün maskanı həftədə iki dəfə etmək arzuolunandır.
Dəri üçün
Dərinizin gözəl olması üçün şokolad sarınması prosedurundan istifadə edə bilərsiniz. Belə prosedurdan sonra sizin bədəninizdə selülitin azalması gözə çarpan dərəcədə bilinəcək, dəriniz isə inanılmaz dərəcədə hamar olacaq!
Beləliklə, 150 q ağ gili və 250 q kakaonu ilıq su ilə yaxşıca qarışdırın. Hazırlanmış sıyığı problemli sahələrə çəkin, sonra isə həmin yerləri kip şəkildə nazik paketlər ilə sarıyın. Daha yüksək effektin nailiyyəti üçün yorğana bürünmək və ya qalın şalvar geyinmək olar (45 dəqiqə ərzində). Prosedurdan sonra isə duş qəbul edin və bədəninizə istənilən nəmləndirici krem çəkin. Bu proseduru həftədə 3 dəfə olmaq şərti ilə bir ay ərzində etsəniz nəticəsi sizi sadəcə təəcübləndirəcək. Bundan başqa, hər prosedur zamanı siz həm də kakaonun ətirindən həzz alaraq aromaterapiyadanda istifadə etmiş olacaqsınız!
Şokoladlı kosmetik prosedurlar "sehrli xüsusiyyətlərə" malikdir! Onlar dərini çox zərif edərək onu yumşaldır, canlandırır, qidalandırır və nəmləndirirlər.

0 Yorumlar