Sevgilinizi həddindən artıq ərköyün etməyin

Ərköyün etmək və edilmək yeri gəldiyində böyük kef verə bilər. Ancaq davamlı ərköyün bir sevgiliyə dözə bilməyəcəyimiz də bir həqiqətdir. Münasibət necə başlasa elə də sona çatar.

Biz qadınlar ərköyün və kaprizli olaraq xarakterizə edilsək də əlaqənin böyük yükü bizim çiyinlərimizdədir. Biz istəsək ərköyün edərik, istəsək özümüzə bağlarıq.

Münasibətləriniz hələ tam başlamayıbsa hisslərinizi hələ büruzə verməyin. Diqqətinizi bəlli edin amma şişirtməyin. Tez- tez eyni məkanlarda bir yerdə olsanız da, çox üz göz olmamağa diqqət edin. Sizə hiss etdiyi sevgini çalışın gizli saxlayasınız. Yoxsa özünüzü bir anda, normal bir yoldaşlığın ortasında tapa bilərsiniz.

Əsas olan gizlilikdir

Kişilərin, bizdən daha çox diqqətə möhtac olduqlarını unutmayın. Tamamilə ona bağlandığınızı başa düşsə, sizə olan marağı azalacaq və ətrafına baxamağa başlayacaq. Bu səbəbdən gizlilik əsasdır. İmkan verin sizinlə maraqlansın, tanımaq istəsin və ən əhəmiyyətlisi ona olan hisslərinizdən tam əmin ola bilməsin. Ən başdan əlaqəni siz tiksəniz, hazıra alışacaq və hər şeyi sizdən gözləyəcək. Buraxın əlindən gəldiyi qədər səy göstərsin.

Onsuz da həyatınızı yaşaya biləcəyini bilsin

Əlaqənin ilk zamanlarında da yenə təməl qaydaları unutmadan hərəkət edin. Bütün zamanınızı ona ayıra biləcəyinizi anlarsa, gözləyən tərəf olarsınız və ‘haradasan' sualına alacağınız cavab gec və gözlənilməyən bir cavab ola bilər. Sizə inansın amma onsuz yaşaya biləcəyinizi də bilsin. Eşqinizdən ölsəniz, o çox fərqli, o çox yaraşıqlı deyə fikirləşər. Elə olsa da bunları onun bilməsinə ehtiyac yoxdur. İlk vaxtlarda yaxınlaşmaları dozasında buraxmasanız, yoxsa sizə olan maraq istiqaməti dəyişəcək və siz də danışmaq, paylaşmaq istədiklərinizi dinləyəcək sandığınız o adamı yerində tapa bilməyəcəksiniz.

Son olaraq, sizə və fikirlərinizə necə gəldi şəkildə müdaxilə etməsinə icazə verməyin. İrəlidəki zamanlarda bununla başa çıxa bilməzsiniz. Qısacası, hər şeydən əvvəl sizə hörmət etməsini təmin edin.

Unutmayın, özünüzə edilməsini arzu etmədiyinizi, sevgilinizə etməyin ki, əlaqəniz daha xoşbəxt bir sonla bitsin.

Yorum Gönder

0 Yorumlar