Qaşlar – üz cizgilərinin mühüm hissəsidir, əbəs yerə deyil ki, qadınlar bəşəriyyətin bütün tarixi boyunca onların eni, sıxlığı və rəngi ilə təcrübə aparırdılar. Ən yadda qalan variant isə Marlen Ditriksinki kimi nazik incə qaşlardır ki, bu zaman qaşların tükü qismən və ya tamamilə təmizlənirdi və incə yarımdairəvi xətt ilə gözlərin üstündən qələm ilə çəkilirdi. Qalın "amerikalı" qaşlar 70-ci illərin sonlarında dəbə qayıtdı.
Qeyd edək ki, incə qaşlar qadınları yaşlı göstərdiyi üçün bir çox qadınlar belə formanı tərciyə etmirlər. Buna görə daha çox təbii qaş formaları dəbdədir.
Qaşların korreksiyasının ümumi qaydaları:
- qaşlar arasında məsafə təxmini iki santimetr təşkil etməlidir;
- korreksiyanın köməyi ilə qaş formasını yaradaraq, diqqət edin ki, onların eni başlanğıcından ən yüksək nöqtəyə qədər dəyişməsin;
- artıq tükləri yalnız alt kontur üzrə təmizləyin;
- qaşların mükəmməl forması hamar əyriliyə malikdir;
- tüklər səliqəli formada bir istiqamətdə olmalıdır;
- qaşlara son formanı kosmetik vasitələrdən (tuş, karandaş, qaşlar üçün kirşan, gel) istifadə edərək vermək olar.
Cavanlığın gözəllik səhvləri əksər hallarda məhz qaşlarda əks edilir, çünki bir dəfə onları təmizlədiyiniz halda, onlara əvvəlki formanı qaytarmaq çətin olur. Qaşlara əvvəlki formanı iki cür qaytarmaq olar: ya qaşların formasını qələmlə səliqəli çəkmək, ya da ki, uzun müddət inadkarcasına bərpa etmək. Bu prosesə mütləq adekvatlıqla yanaşmaq əhəmiyyətlidir. Məsələn, əgər sizin öz qaşlarınız incədirsə, onlardan "amerika" variantında qaş forması düzəltməyə çalışmaq lazım deyil, çünki hətta ən zəhmətli və səliqəli iş yenə də gözə çarpan olacaq. Ən doğrusu öz üz formanıza və stilinizə uyğun düzgün qaş formasını və enini müəyyən edib onu təkmilləşdirməkdir.
Yalnız lazım olduğu yerlərdə qaşları qələmlə bərpa edin, əks halda bu iş ilə daha çox maraqlanıb özünüzü bir neçə il vizual olaraq qocalda bilərsiniz.
Kvadrata bənzər üz formasına yuvarlaqlaşdırılmış formalı qaşlar daha çox uyğundur. Belə formalı qaşlar üzə yumşaqlıq və zəriflik verəcək. Həmçinin hamar yuvarlaqlaşdırılmış, uzadılmış düz qaş xətti uyğun gələcək. Kvadrat üz formasına incə və qısa qaş formaları yaraşdmır.
Rombabənzər üz forması üçün kəskin əyriliklə sanki sındırılmış qaş formaları daha çox uyğundur. Belə üz formasında düzgün qövs şəklində yumru formalı qaşlar da yaxşı görünür. Onlara üzün kələ-kötürlüyünü hamarlayan yumşaqlıq məxsusdur. Belə üz formasına düz formalı qaşlar üz cizgilərini vizual olaraq daha geniş göstərdiyi üçün uyğun gəlmir.
Oval üz formasına qövsşəkilli və düz formalı qaşlar, xüsusən də yumşaq sınıqla qaş formaları daha çox uyğundur.
Yumru üz formasına yüksək qaldırılmış sınıqla incə ucla və bir az daha geniş başlanğıcla olan qaş formaları uyğun gələcək. Yumrusifət xanımlar üz konturlarını təkrarlayan qövsşəkilli formadan çəkinmələri lazımdır. Həmçinin qaşların ucunu çox incə etməmək lazımdır. Əgər qaş formasını düzgün tərtib etsəniz, onda üzünüz daha ifadəli və daha canlı olacaq.
Üçbucaqlı üz formasına hamar bərabər əyriliklə bir azca qaldırılmış qaşlar tövsiyə edilir. Qaşları düz etmək qəti surətdə məsləhət görülmür.
Uzadılmış üz formasına qövslər formasında olan qaşlar yaraşır. Bu halda enin, uzunluğun və qövsün hündürlüyünün arasında nisbətlərə riayət etmək əhəmiyyətlidir. Ennilik təbii olmalıdır, qövsün hündürlüyü və qaşın ucu isə çox uzun olmamalıdır.
Düzbucaqlı üzə düz formalı və orta enlikdə olan qaş formaları uyğun gəlir, lakin çox incə qövsşəkilli qaşlar tamamilə qəbuledilməzdir.
Hal-hazırda qaşlar üçün bir sıra müxtəlif kosmetik vasitələr təqdim olunur. Belə müxtəlif vasitələrlə siz qaşlarınıza istədiyiniz və sizə yaraşan formaları verə bilərsiniz.

0 Yorumlar