Qarabaşaq pəhrizi

Qarabaşaq pəhrizinin köməyi ilə siz özünüzü aclıqla yormadan qısa müddətə bədəninizi tam normaya sala bilərsiniz. Biz sizə bu pəhrizindən və onun xüsusiyyətlərindən danışacağıq.

Gözəl fiqura, artıq çəkinin yoxluğu, zərif və çiçəklənən dəri - hər bir qadının istəyidir. Amma zərif cinsin nümayəndələrinin çoxu sərt pəhrizlərə riayət etməyə, sağlam həyat tərzini aparmağa və daim düzgün qidalanma rejiminə riayət etmirlər.

Bəs bu zaman özünüzü aclıqla yormadan bədəni necə qısa müddətə normaya gətirmək olar? Biz sizə qarabaşaq pəhrizi və onun xüsusiyyətlərindən danışacağıq.

Qarabaşağın xeyiri

Qarabaşaq yarmasının faydalı xüsusiyyətləri artıq hamıya məlumdur. Bu doyumlu, qidalı və dadlı məhsulu tez-tez qarnir kimi istifadə edirlər. Amma pəhriz üçün siz bu məhsulu 2 həftə ərzində əsas yemək etməli olacaqsınız. Bu 2 həftə ərzində isə siz 5-15 kiloya qədər arıqlaya biləcəksiniz. Bəs bu sehrli pəhrizin sirri nədir?
Birincisi, qarabaşaq yarması xolesterinin səviyyəsini aşağı salır. İkincisi, o uzun müddət aclıqdan azad edir. Üçüncüsü, o orqanizmi təmizlədiyinə görə sağlamlıq üçün çox faydalıdır.

Qarabaşaq pəhrizinin əhəmiyyətli qaydaları:

  • İlk olaraq yarmanı düzgün hazırlamaq lazımdır. Bunun üçün 1 stəkan yarmanın üzərinə 2 stəkan su töküb bir gecə saxlamaq, sonra isə termosda dəmləmək lazımdır.

  • Hazır qarabaşağı duzsuz, şəkərsiz və istiotsuz istifadə etmək lazımdır. Bu pəhrizdə aksent məhz onun tərkibində duzun olmamasıdır, çünki məhz duz şişlərin və selülitin yaranmasına səbəb olur, həmçinin məhsulların dadını gücləndirir ki, nəticədə iştah da artır.

  • Bu zaman təbii ki, heç bir yağ, sous və mayonezdən istifadə etmək olmaz.


Qarabaşaq pəhrizinin əsasları

Səhər hazırlanmış qarabaşağı 5 porsiyaya bölün və bir gün ərzində yeyin. Mümkün qədər çox su için, həmçinin şəkərsiz çay və qəhvədən də istifadə etmək olar (gün ərzində maksimum 2 fincan). Bundan başqa pəhrizi həm də masaj, sauna, idman və fitneslə uyğunlaşdırsanız yaxşı olar.

Əlbəttə ki, bir tək qarabaşaqla iki həftə boyunca qidalanmaq praktiki olaraq mümkün deyil. Buna görə yarmadan başqa almadan, təbii tərəvəz salatlarından, kefirdən istifadə edə bilərsiniz. Bu zaman əsas qayda qidanın və içkilərin tam şəkərsiz olmaları və 18:00-dan sonra qida qəbuluna qəti qadağadır. Bundan başqa pəhrizi bitirdikdən sonra bir həftə ərzində qidaya adət edilmiş məhsulları yavaş-yavaş daxil edin. Bu qaydada, tələsmədən qidalanmanı normal rejimə salın.

Yorum Gönder

0 Yorumlar