Qadınlarda hormonal dəyişikliklər

Qadınlarda ginekoloji xəstəliklərin əsas səbəbi kifayət qədər yayılmış hormonal fonun pozulması olur. Hormonal nasazlıq bir çox səbəblərlə şərtləşir. Hormonal dəyişikliklər qadınlarda kifayət qədər tez-tez və istənilən yaşda ola bilər.

Qadınlarda hormonal pozulmaların səbəbləri:

  • Genetik xəstəliklər.

  • Keçirilmiş infeksiyalar.

  • Uşaq yaşlarında keçirilmiş angina xəstəliyi.

  • Stress, yorulma, daimi xəstəliklər və yanlış qidalanmanın nəticəsində zəifləmiş immunitet.

  • Endokrin sistemi orqanlarının xəstəlikləri.

  • Qalxanvarı vəzinin disfunksiyası.

  • Cinsiyyət orqanlarında keçirilmiş cərrahiyyə əməliyyatları.


Abortlar da (uşaqlığın qaşınması ilə əlaqədar) sonsuzluğa gətirib çıxara bilən ən yayılmış hormonal xəstəliklər yarada bilər.
Bundan başqa hormonal pozulmalara yalnız yaş deyil, həm də stress vəziyyətləri də səbəb ola bilər.

Hormonlar və hamiləlik

Hormonlar hamiləlik zamanı və aybaşıdan əvvəl mühüm rol oynayır. Bu zaman qadında hormonal dəyişikliklər olur. Hamilə qadında estrogenin səviyyəsi yüksək olur, amma menstruasiya dövrünün başlanğıcı ilə estrogenin səviyyəsi aşağı düşür və qadının orqanizmi öz normal vəziyyətinə qayıdır. Əgər hamilə qadınin orqanizmində hormonların çatışmazlığı müşahidə olunursa, bu zaman bu körpənin yanlış inkişafına gətirib çıxara bilər. Məsələn, qadınının orqanizmində yodun çatışmazlığı vaxtı, qalxanvari vəzi kifayət qədər tiroksinin hormonunu istehsal edə bilmir. Bu hormonun çatışmazlığı nəticəsində gələcək körpədə kretinizm kimi xəstəlik inkişaf etməyə başlayır. Hamilə qadının psixi və mənəvi vəziyyətinə müxtəlif hormonlar təsir edirlər. Məsələn, proqesteron doğuşa yaxın öz təsirini gücləndirir və qadının psixikasını sakitləşdirir, prolaktin ana instinktini formalaşdırır və süd vəzilərinin artmasını stimullaşdırır (yəni südün yaranması), estrogen ən qədim instinktləri oyadır (uşağa qarşı həyəcanın və qayğı instinkti), endorfin (xoşbəxtlik hormonu) emosional vəziyyətlər üçün cavab verir.

Yetkin yaşda olan hormonal dəyişikliklər

Qadının həyatında müəyyən dövr çatır ki, bu zaman hormonal fon pozulur (klimaks dövrü) Yumurtalıqların funksiyası tədricən sönür, qadınlarda menstruasiya dövrü dayanır. Bu dövr ilə də reproduktiv funksiya bitir.

Orqanizm tədricən qadın cinsiyyət hormonlarının istehsalını dayandırır və bu da öz növbəsində bütün orqanların işinin pozulmasına səbəb olur. Qadınlarda artıq 40 yaşdan sonra klimakterinin erkən əlamətləri görünə bilər. Bu dövrdə qadın gah qızdırır, gah da ki üşüyür. Bundan başqa, qadında klimaks dövrü əsəb sisteminin pozulmaları, başgicəllənmə, xroniki yorğunluq, yuxusuzluq ilə müşayiət oluna bilər. Qadın orqanizmində hormonların çatışmazlığına görə qadınlarda ürək. diabet, sidik-tənasül sisteminin müxtəlif xəstəlikləri inkişaf edə bilər.

Qadınlarda hormonal pozulmaların əsas əlamətlərinə aiddir: tez-tez depressiyalar, menstruasiya dövrünün pozulması, artıq çəki, tez yorulma, bədəndə tüklərin çoxalması və ya onların tökülməsi, təzyiq dəyişiklikləri, yuxusuzluq, baş ağrıları, süd vəzilərinin xəstəliyi və cinsiyyət istəyin azalması. Əgər siz özünüzdə belə dəyişikliklər aşkar etmisinizsə bu zaman dərhal həkimə müraciət edin ki, vaxtında müalicə edə biləsiniz.

Hormonal dəyişikliklərlə şərtləşmiş qadın cinsiyyət sisteminin xəstəliklərinin diaqnostikasını keçirmək kifayət qədər çətin olur. Bunun üçün artıq ən yeni diaqnostika metodları istifadə olunur – ultrasəs müayinə, laparoskopiya, qisteroskopiya və qan analizi.

Yorum Gönder

0 Yorumlar