- Buğda unu - 1,8 kq.
- Kərə yağı - 600 q.
- Su - 200 ml.
- Duz - ½ çay qaşığı.
- Süd - 3 litr.
- Şəkər- 500 q.
- Toyuq yumurtası - 5 ədəd.
- Vanil - 10 q.
Hazırlıq prosesi:
- Xəmir üçün 1,5 kq. unu (6 stəkan) iş stolunun səthinə səpmək, üzərinə 500 qram yağ əlavə edib onu unla qarışdırmaq və bu qarışıqdan təpəcik formalaşdırmaq lazımdır.
- Xəmir kütləsini daim qarışdıraraq, onun ortasına soyuq, amma buzlu olmayan suyu duzla qarışdırıb əlavə etmək və su bitdikdən sonra xəmir yoğurmaq lazımdır.
- Xəmiri 9 bərabər hissəyə bölmək və 2 millimetr qalınlığında yaydıqdan sonra 15-20 dəqiqə əvvəlcədən 180 dərəcəyə qədər qızdırılmış sobada bişirmək lazımdır. Xəmirin tərkibində çox yağ olduğu üçün, o otaq temperaturunda yumşalacaq və siz onu istədiyiniz kimi yaya bilməyəcəksiniz. Buna görə xəmiri böldükdən sonra onu soyuducuda saxlayın və açmaq üçün bir-bir çıxarıb yayın.
- Krem üçün 2,5 litr südü oda qoyun.
- Süd qaynayana qədər, kasada yumurta və şəkəri qarışdırmaq, sonra üzərinə un əlavə etmək lazımdır. Alınmış qarışığın üzərinə qalmış südü (0,5 litr) töküb təkrar yaxşıca qarışdırın.
- Odun üstündəki süd yaxşı qızdıqdan sonra, fasiləsiz qarışdıraraq, onun üzərinə nazik axınla yumurta kütləsini tökün, qarışdırmanı dayandırmadan kremi qaynadın və səthdə köpüklər yaranandan sonra dərhal qazı söndürün. İsti kremə 100 qram yağ və vanil, istədiyiniz halda isə bir az daha şəkər əlavə edib qarışdırın. Kremi bir az soyutmaq məsləhətdir.
- Tortun hər qatını bol-bol kremləyərək qabın üzərində tort formasında "yığmaq" lazımdır. Bu zaman kremin yaxşı hopması üçün onu qalın qatla çəkmək məsləhətdir. Ən qızarmış qatı isə ovub tortun üzərinə və kənarlarına səpin.
- Tortu 6-7 saat tam hazır olması və kremin hopması üçün saxlayıb, daha sonra isə həzz ala bilərsiniz!
[youtube id="o-iR6Gr9_ts" width="620" height="360"]
P.S. Qeyd edək ki, hazırlıq prosesi 4 saat vaxt aparır.

0 Yorumlar