Bu piroqu hazırlamaq üçün sizə lazım olacaq inqrediyentlər:
- alma - 0,5 kq.,
- kişmiş - 50 q.,
- yumurta - 4 ədəd,
- şəkər - 150 q.,
- un - 200 q.,
- nişasta - 2 x.q.,
- kərə yağı - 150 q.,
- xama - 150 q.,
- şəkər tozu - 1 x.q.,
- soda - 0.5 ç.q.,
- suxarı - 50 q.,
- bir çimdik duz.
Hazırlıq prosesi:
Kişmişi 20-30 dəqiqə ərzində qaynanmış suda isladın. Yumurtaları şəkərlə qarışdırın, sonra üzərinə xama və ilıq kərə yağı əlavə edib təkrar qarışdırın. Alınmış qarışığın üzərinə ələnmiş un, soda, duz və nişasta əlavə edib qarışığı xəmir halına gətirin. Almaları yuyun, toxumlarını və qabığını təmizləyin və dilimləyin.
Bişirmə üçün formaya kərə yağı çəkin və bir az suxarı səpin. Formaya təxminən xəmirin yarısını yerləşdirin, xəmirin üzərinə alma və kişmişləri düzün, sonra isə üzərinə qalan xəmiri əlavə edin. Piroqun üstünü də alma dilimləri ilə də bəzəmək olar.
Piroqu 35-40 dəqiqə ərzində qızılı rəng alanadək 180°С qızdırılmış sobada bişirin.
Artıq hazır piroq soyuduqdan sonra onun üzərinə bir az şəkər tozu səpin.
Bu desert çay üçün mükəmməl şirniyyatdır.
Nuş olsun!

0 Yorumlar