Kürənsaçlılar üçün makiyaj

Mis, albalı, portağal və şabalıdı saç rənginin sahibələri ən parlaq və qeyri-adi obrazlar yarada bilərlər. Amma, buna baxmayaraq, kürən saç rəngi çox ahəngdar və təmkinli makiyaj tələb edir. Biz sizə bu makiyajın bir neçə variantını təqdim edirik.

Dərinin və gözlərin rənginə uyğun makiyaj

Kürənsaç gözəllər makiyajı gözlərinin və dərilərinin rəng çalarlarına uyğun seçsələr daha yaxşı olar. Əgər siz saçlarınızı rəngləmisinizsə, bu zaman ehtimal ki, sizə orta-tünd çalarlı tonal krem və kirşan uyğun gələcək. Təbii kürənlərin dərisi həmişə açıq rəngdə olur: çilli və ya onlarsız açıq-bejdən farfor rənginə qədər, buna görə ton kreminin və kirşanın çaları çillərin rənginə deyil, məhz dərinin rənginə uyğun olmalıdır, əks halda üzünüz tünd görünəcək.kurensac-makiyaj

Göz kölgələri və ya göz qələmi seçərkən, gözlərinizin və ya geyiminizin rəngini mütləq nəzərə alın. Yaşıl gözlərə xardal, kərpic, yaşıl rəngin isti çalarları uyğun gələcək, mavi və boz gözlü xanımlarda isə zümrüd, göy, qara, qəhvəyi rənglər harmonik görünür. Qonur gözlər isə müxtəlif çalarlardan istifadə etməyə icazə verir.
Şaftalı, ərik, mərcanı ənliklər və dodaq boyaları daha çox dərisi isti tonda olan qonur və ya yaşıl gözlü kürən xanımlarda yaxşı görünür. Solğun çəhrayı və şaftalı rəng qamması çilsiz çox açıq rəngli dərili və mavi və ya boz gözlü xanımlara daha çox yaraşır.

Əgər sizin dəriniz açıq və hətta solğun rəngdədirsə, bu zaman bronzerlərdən və avtozaqardan istifadə etməyin. Bu tonlaşdırıcı məhsullar saç rənginə yaxın olduğu üçün xarici görünüşün gözəl ziddiyyətini yox edir.

Fiqurlu oxlar

Kürənsaç qızlar fiqurlu oxlarla da effektli görünürlər. Gözlərinizi göz formanıza və kəsiyinə uyğun göz qələmi ilə dairələyin. Bu zaman siz həm rəngli, həm də ki, klassik qara rəngdə olan göz qələmlərindən istifadə edə bilərsiniz.
"Smoki-ayz" - dumanlı göz effekti.kurensac

Kürənlər üçün axşam makiyajı variantı –klassik qara və ya yaşıl, zümrüdü, tunc, bənövşəyi çalarlarda olan dumanlı göz effektidir. Göz kölgələrini yenə də gözlərinizin rənginə uyğun seçin. Çalışın ki, makiyajınızın çox qabarıq görünməməsi üçün bu vasitələrdən intensiv və çox miqdarda istifadə etməyəsiniz. Əgər gözlərinizi vurğulamaq istəyirsinizsə, bu zaman, dodaqlarınızın makiyajı daha az olmalıdır. Siz onlara parlaq və ya tutqun teksturalı yarımşəffaf, şaftalı və ya çəhrayı rənglərdə olan parıltı çəkə bilərsiniz.

Yorum Gönder

0 Yorumlar