Krem-brüle

Krem-brülenin hazırlama qaydası. 6 porsiyalıq krem hazırlamaq üçün sizə lazım olacaq ərzaqlar:

  • Şəkər - 130 q.

  • Süd - 125 ml.

  • Qaymaq (30%-lik) - 500 ml.

  • Vanilin - 8 q.

  • Yumurta sarısı - 8 ədəd.

  • Vanil qabığı - 1 ədəd.


Hazırlıq prosesi:

  1. Hazırlığa başlamazdan əvvəl sobanı 180 dərəcəyə qədər qızdıra bilərsiniz, çünki sonraki proses çox rahat və sadədir.

  2. Qazançanı oda qoyub, süd əlavə edirik, sonra qarışdıraraq qaymaq, vanilin əlavə edib qaynadırıq və dərhal oddan götürürük. Başqa kasada yumurta sarılarını şəkərlə qarışdırırıq ki, bu zaman mikserə ehtiyac olmur, bunu siz sadəcə qaşıqla edə bilərsiniz.

  3. Azca soyumuş süd və qaymaq məhlulunu qarışdıraraq yumurta sarılarına axınla əlavə edirik. Alınmış qarışığı soba üçün nəzərdə tutulmuş keramik formalara tökürük və bu formaları bişirmə üçün nəzərdə tutulmuş hər hansı bir qabda buxara qoyuruq. (Bu zaman su formaların ortasına qədər olmalıdır).

  4. Formaları bir saat ərzində sobaya qoyuruq.

  5. Hazır bişmiş formaları (su forması ilə birlikdə) çıxarırıq və suyun içində birazca soyuduruq. Zərif qabıq yaratmaq üçün üzərinə bir az şəkər səpirik və onun karamelləşməsi üçün təzədən sobaya üst qata qoyuruq.


Kremi süfrəyə isti halda desert kimi təqdim etmək lazımdır.

Nuş olsun!

Yorum Gönder

0 Yorumlar