Kəpəkli saçlar üçün maskalar

xinaKəpəyə qarşı xınadan maska
Rəngsiz xınadan kəpəyə qarşı maska – ev kosmetologiyasında bir yenilikdir, amma sətəlcəmə qarşı və antibakterial xüsusiyyətlərinin sayəsində kəpəyə qarşı maskaların arasında onun effektivliyi çox yüksəkdir. Maskanı hazırlamaq üçün 3 x.q. xınanın üzərinə yarım stəkan qaynar su tökün. Tərkibi 15 dəqiqədən sonra baş dərisinə çəkin, saçlarınızı sellofana bürüyün və dəsmal ilə örtün. Maskanın vaxtı 40 dəqiqədir. Belə proseduru bir ay boyunca 2 həftədə 1 dəfə etmək məsləhət görülür.

balBaldan və yumurta sarısından saçlar üçün quru kəpəyə qarşı maska
Quru kəpəyə qarşı ən yaxşı vasitə bal və yumurta sarısı əsasında hazırlanmış maskadır. Bunun üçün 1 x.q. bal və zeytun yağının üzərinə bir yumurta sarısını əlavə edib qarışdırın. Alınmış qarışığı 2 yerə ayırın, yarısını dairəvi hərəkətlər ilə baş dərisinə, qalanını isə saçların bütün uzunluğuna çəkin. Saçlarınızı sellofana bükün, üstündən qalın toxunma papaq geyinin. 1 saatdan sonra maskanı yuya bilərsiniz. Müalicə kursu – 1,5-2 ay ərzində həftədə 2 dəfədir.

gicitkanKəpəyə qarşı gicitkən maskası
Gicitkən saçları əla təmizləyir, yağ vəzilərinin sekresiyasını nizama salır və saçların köklərini bərkidir. Quru kəpəkdən qurtulmaq üçün növbəti maskanı hazırlaya bilərsiniz: yarım stəkan zeytun yağını su buxarında qızdırın, üzərinə 3 x.q. gicitkən əlavə edin. Cövhəri bir həftə ərzində qaranlıq sərin yerdə saxlayın, sonra süzün. Başınızı yumazdan əvvəl qarışığı saçlarınızın köklərinə çəkin. Daha yaxşı effekt üçün başınıza polietilen papaq geyinin. 40 dəqiqə sonra başınızı adi şampunla yuyun.Yağlı kəpək vaxtı gicitkən həlimi kömək edir. Bunun üçün 2 x.q. gicitkənin üzərinə 1 stəkan qaynar su tökün, 30 dəqiqə saxlayın, süzün, sonra alınmış qarışıq ilə saçlarınızı yaxalayın.

limonKəpəyə və saçların tökülməsinə qarşı maska
Kəpək çox vaxt saçların tökülməsi ilə müşayiət olunur. Saçları bərkitmək və kəpəkdən qurtulmaq üçün, tərkibində meyvə turşuları olan maskalardan istifadə etmək məsləhət görülür. Maskanın hazırlanması üçün
2 x.q. təzə sıxılmış limon, portağal şirəsini və ayıpəncəsi yağını qarışdırın. Alınmış qarışığı baş dərisinə çəkin və 10 dəqiqə ərzində masaj edin, sonra saçlarınızı sellofana və dəsmala bürüyün, 30 dəqiqə saxladıqdan sonra isə ilıq su və şampun ilə yuyun. Bu maskanı həftədə 1 dəfə etmək lazımdır.

yag-maskasi Kəpəyə qarşı yağlardan hazırlanmış maskalar
Bu maskalar saçların strukturunu bərkidir və beləliklə, kəpəkdən başı müalicə edir və onun yaranmasına mane olur. Maskanın hazırlanması üçün 2 x.q. gənəgərçək və ayıpəncəsi yağını qarışdırmaq, 37 dərəcəyə qədər su buxarında qızdırmaq, sonra üzərinə 5 damcı çay ağacının efir yağından əlavə etmək lazımdır. Maskanın yarısını baş dərisinə, qalan hissəni saçların bütün uzunluğuna çəkin. Saçlarınızı sellofana və dəsmala bürüyün. Maskanı bir saat saxlayıb, sonra yuyun. Bu maskanı bir ay boyunca həftədə 2-3 dəfə etmək lazımdır.

sarikok Quru kəpəyə qarşı sarıkök maskası
Sarıkök şərq qadınları tərəfindən saçların kəpəkdən müalicəsi üçün tətbiq edilir, bundan başqa sarıkök saçlara qalınlıq və parıltı verir. Maskanın hazırlanması üçün 1 x.q. sarıkökün üzərinə ilıq süd tökün. Maye kütləni saçlara və baş dərisinə çəkin, 30 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Belə maskanı açıq rəngli saçların sahibələrinə istifadə etmək tövsiyə edilmir, çünki sarıkök saçlara sarımtıl çalar verə bilər.

otlar Otlardan hazırlanmış yaxalayıcı-maskalar
Otlardan hazırlanmış maskalar həm kəpəkdən qurtulmağa kömək edəcək, həm də saçları daha möhkəm və parlaq edəcək. Bunun üçün 2 x.q. palıd ağacının qabığı, gicitkən, bağayarpağı (yol çörəyi) və yovşanı qarışdırın (bütün bu otları asanlıqla apteklərdə tapmaq olar). Alınmış qarışığın üzərinə yarım litr su tökün və 20 dəqiqə ərzində su buxarında bağlı qapağın altında qaynadın. Həlimi yarım saat saxlayıb sonra saçların yuyulmasından sonra yaxalayıcı kimi istifadə edə bilərsiniz.

Yorum Gönder

0 Yorumlar