- 200 q kişmiş. (və ya quru meyvələr)
- 200 q kərə yağı.
- 2 yumurta.
- 200 q şəkər.
- 0,5 ç.q. soda.
- 1 ç.q. limon şirəsi.
- 200 q un.
- Bir çimdik duz.
- 10 damcı meyvə esensiyası və ya vanil.
Hazırlıq prosesi:
- Kişmişi yumaq, üzərinə qaynar su tökmək və 15 dəqiqə gözləmək, sonra suyu boşaldıb kişmişləri qurutmaq lazımdır.
- Sobanı 200˚С qədər qızdırmaq, hazırlıq formasına kərə yağı çəkmək və bir az un səpmək lazımdır.
- Yumşaq kərə yağını ağarana qədər çalmaq lazımdır.
- Yumurtanın ağını sarısından ayırmaq və soyutmaq lazımdır.
- Yağı çalmağa davam edərək üzərinə yumurta sarılarını və qaşıq-qaşıq şəkər əlavə etmək lazımdır. Şəkər yağda tamamilə həll olmalıdır.
- Alınmış qarışığın üzərinə limon şirəsində həll olunmuş soda əlavə edin və qarışdırın.
- Mikseri söndürün, qarışığa kişmiş əlavə edib, bir az un ələyin və səliqəli qarışdırın.
- Xəmirə vanil və qalan unu əlavə edib yenidən qarışdırın.
- Soyumuş yumurta ağlarını duz ilə qatı yumşaq kütlə alınana qədər çalmaq və iki dəfəyə xəmirə qatmaq lazımdır.
- Xəmiri formaya əlavə edin, ortadan bıçaq ilə kəsərək 1 saat ərzində sobaya bişməyə qoyun.
- Keks soyuduqdan sonra üzərinə şəkər tozu səpmək lazımdır.
[justified_image_grid facebook_id=122845817774316 facebook_album=707408919318000 limit=0]

0 Yorumlar