Həmişə gözəl görünmək üçün sizə 2014-cü ildə ən gözlənilən dəb trendlərini təqdim edirik.
- Yerkökü və açıq-narıncı rəngdə olan dodaq boyası. Cəsarətli narıncı dodaqlar – 2014-cü ildə modapərəstlərin əsas silahıdır. Əvvəllər belə dodaq rəngi pis zövqün əlaməti kimi görünərdi, amma indi bu rəngdə olan dodaq boyası çox dəbdədir. Narıncı rəng praktiki olaraq istənilən dəridə yaxşı görünə bilər, yalnız onun məhz sizin dərinizə düşən düzgün rəng çalarını seçmək lazımdır.
- Gözlərin qəhvəyi və tunc makiyajı. Gözlərin effektiv makiyajı zahiri görünüşü kardinal olaraq dəyişdirə bilər. İntensiv tunc göz kölgələri 2014-cü ilin yeni trendidir. Yazın dəb nümayişlərində bir çox adlı-sanlı vizajistlər tunc göz makiyajına həmçinin böyük miqdarda qızılı zər əlavə edirdilər. Dərin qəhvəyi tonlar bütün obrazı daha təmtəraqlı və dramatik edərək axşam makiyajı üçün çox gözəl variantdır.
- Sıx qaşlar. İncə qaşlar artıq çoxdan dəbdən çıxıblar, onlar gözləri vizual olaraq yorğun və üzü daha da geniş göstərirlər. Artıq 2013-cü ildən başlayaraq hər bir modapərəst öz qaşlarına daha təbii formanı verməyə çalışırdı. Amma bu il daha da sıx qaşlar dəbdədir. Qaşların makiyajı üçün vizajistlər vizual olaraq qaşları daha sıx və daha geniş etmək üçün intensiv çalarlarda karandaşlardan istifadə etməyi məsləhət görürlər.
- Əlvan rəngli saçlar. 2014-cü ilin xüsusi və son dərəcə cəsarətli trendlərindən biri də parlaq saçlar olacaq. Əlvan tellər yay mövsümündə həm açıq rəngli, həm də ki, tünd rəngli saçlarda yaxşı görünəcək. Amma bu müvəqqəti tendesiyadır, ona görə belə effekti almaq üçün saçlarınıza ziyan vurub saç boyalarından istifadə etmək lazım deyil. Bunun üçün sadəcə xüsusi rəngli tabaşirlər və ya tonerlərdən istifadə edə bilərsiniz.
- Parlaq zolaqlı manikür. Parlaq manikür növləri həmişə dəbdə olacaq. Əsas aktual dizaynı və uyğun rəngləri seçməyi bacarmaqdır. 2014-cü ildə ağ rəng əsasında kontrast çalarlardan istifadə etməklə zolaqlı manikür dəbdə olacaq. Həmçinin geniş metal çalarlı zolaqlarla bəzənmiş istənilən rəngdə çox uzun olmayan dırnaqlar effektli görünəcək.
- Retro stilində olan baş sarğıları. Saçlar üçün retro aksessuarlar artıq dəbə geri qayıdır. 2014-cü ildə modapərəstlər həcmli saç düzümləri ilə gözəl görünən geniş toxuma sarğılar seçə bilərlər. Həmçinin dəbli sarğı kimi başda bağlanmış 60-cı illərin əsl simvolu olan rəngli çarşablar da çox dəbli görünəcəklər.
- Solğun yanaqlar. Parıltısız sarımtıl və ya açıq-bej rəngdə olan ənliklər 2014-cü ilin makiyajında yeni trenddir. Solğun üz narıncı dodaq boyası və ya sıx tünd qaşlar üçün yaxşı fondur. Aparıcı vizajistlər də dəbdə yalnız solğun tutqun tonlar olduğu üçün artıq isti ənlik tonlardan imtina edirlər.
- Yan saç ayrımı ilə hamar saçlar. Yüngül romantik saç dalğaları öz aktuallığı itirməyəcək, amma 2014-cü ildə stilistlər tez-tez düz hamar saç düzümlərinə üstünlük verirlər. Onlar açıq vəziyyətdə və ya yığılmış ola bilərlər, əsas qayda odur ki, saçlar sağlam və ipək kimi görünməlidir. Saç ayrımı, xüsusən də yandan, dəbli "at quyruğuna" yığılmış hamar saç düzümündə çox gözəl görünəcək, məhz belə təvazökar və gözə çarpmayan saç düzümü 2014-cü ilin əksər kolleksiyalarının podiumlarında nümayiş olunur.
- Nəm dəri. Bu daha fəal məşhurluq qazanan bir tendensiyadır ki, 2014-cü ildə çox aktual olacaq. Nəm dərinin və yaş gözlərin effekti cavanlıq və təravətlə assosiasiya edilir. Əsas odur ki, dəri yağlı deyil, məhz nəm görünməlidir. Yaş gözlərin effektinin yaradılması üçün xüsusi şəffaf göz qələmlərindən, üz dərisi üçün isə işıqlanma effekti ilə sədəfsiz kirşandan istifadə etmək olar.
Bəs dəbli tendensiyaları izləmək lazımdırmı? Unutmayın ki, çox trendlər tezliklə adiləşəcək və zamanla aktuallığını itirəcək, bəziləri isə nə vaxtsa pis zövqün əlaməti hesab ediləcək. Yalnız bəzi qadınlar üçün hətta müvəqqəti trend belə onların fərdi obrazını tamamlayan əsl tapıntı olacaq.

0 Yorumlar