Yay ayların həddindən artıq tərləməkdən şikayət edirsinizsə, bu xəbərdarlıqlara mütləq diqqət yetirin.
İsti yay günləri qapımızı döyərkən pis qoxusuyla birlikdə həm insanın özünə, həm də ətrafındakıları narahat edən həddindən artıq tərləmə, insana kabus dolu günlər yaşadır. Həddindən artıq tərləmə insanın ictimai həyatına mənfi təsir etdiyini söyləyən Daxili Xəstəliklər Mütəxəssisi Prof. Dr. Ziya Mocan, "Xüsusilə əl, ayaq və qoltuq altı bölgəsində tərləmə daha çox olar. Həddindən artıq tərləmədə genetik bir quruluş söz mövzusu da ola bilər" deyə bildirmişdir.
Ədviyyatlardan çəkinin
Prof. Dr. Mocan, həddindən artıq tərləmənin doğru bitki çaylarıyla az da olsa qurtula biləcəyini ifadə edərək bu cansıxıcı vəziyyətdən qurtuluşun yollarını belə izah edir:
Ədviyyatlı yeməklər, duz və spirt səthi qan damarlarını genişlətdiyi üçün tərləməyə gətirib çıxarır. Bol ədviyyatı və bibəri yeməklərinizdə mümkün olduğunca az istifadə etməyə çalışın. Yemişan sıx tərləmə zamanı təsirli ola bilər. Gündə bir neçə dənə yemişan qəbul edin, ya da çayını dəmləyib gündə 2 stəkan içə bilərsiniz.
Bundan əlavə hər gün 2 stəkan şahtərə otu, qarabaş otu və ya yaşıl çay qəbul etmək olar. Bəzi bitkilər tərləməni artırır. Bunlara zəncəfil və ginseng çayını misal göstərmək olar. Həddindən artıq tərləmə problemi olan kəslərin bu bitkilərdən uzaq dayanması lazımdır. Tərləmə bədənin qoruyucu sistemidir. Ümumiyyətlə həddindən artıq tərləmələr obezit, diyabet, şəkər xəstəliyi, troid bezinin çox çalışması, menepoz, andropoz xəstəliklərinin də işarəsi də ola bilər. Bu səbəbdən tərləmə problemində altında yatan səbəbin yaxşı təsbit edilməsi lazımdır. Regional tərləmələrin isə bu xəstəliklərlə əlaqəsi yoxdur.
Ayaqlara şəfa verən resept
İlıq su içərisinə adaçayı, kəklik, çobanyastığı, dəniz duzu əlavə edərək ayaqlarınızı suda istirahət etdirin. Bu həm yorğunluğu aradan götürəcək, həm də ayaq tərləməsinə və qoxusuna yaxşı təsir edəcəkdir...

0 Yorumlar