- Tünd şokolad - 100 q.
- Kərə yağı - 180 q.
- Qəhvəyi şəkər - 200 q.
- Toyuq yumurtası - 4 ədəd
- Buğda unu - 100 q.
- Qoz - 100 q.
(İnqrediyentlər 6 porsiya üçün nəzərdə tutulub).
Hazırlıq prosesi:
- Şokoladı bir neçə yerə bölüb kərə yağı ilə birgə taxta qaşıqla qarışdıraraq əridin. Alınmış qatı şokolad sousunu bir neçə dəqiqəlik soyumağa qoyun.
- Həmin vaxtda yumurtaları ayrı kasada tədricən 100 q. qəhvəyi şəkər əlavə edərək mikserin köməyi ilə və ya əl ilə 2-3 dəqiqədən az olmayaraq çalmaq lazımdır.
- Hazırlıq lövhəsində iti bıçaqla qozları xırdalamaq lazımdır. Çərəzlərə xüsusi ətirin verilməsi üçün onları qızartmaq da olar.
- Soyumuş şokolada əvvəlcə qalan şəkəri, sonra un və xırdalanmış fındıqları əlavə edib alınmış kütləni yaxşıca qarışdırmaq lazımdır.
- Sonra şokolad kütləsinə yumurta qarışığını əlavə edib bərabər rəngdə xəmir alınanadək qarışdırmaq lazımdır.
- Sobanı 200°C dərəcəyə qədər qızdırmaq və kiçik dərin oda davamlı formanın içinə bişirmək üçün kağız vərəqi və ya kalka salmaq və xəmiri formaya tökmək lazımdır. Sobada 25-30 dəqiqə ərzində nazik üst qabığının yaranmasına qədər bişirmək məsləhət olunur.
- Hazır piroqu sobadan çıxartmaq və soyuduqdan sonra iti bıçaq ilə kvadratlara doğramaq olar.
- Braunini adi vəziyyətdə və ya üzərinə şəkər tozu səpərək təqdim etmək olar. Bundan başqa bu desertin hər porsiyasını həm də vanil dondurma ilə bəzəmək olur.
Desert 40 dəqiqə ərzində tam hazır olur.
[justified_image_grid preset=16 caption=fade facebook_id=122845817774316 facebook_album=697192463672979]

0 Yorumlar