Dəri qabıqlanması ilə necə mübarizə aparmaq lazımdır?

Qadınlar çalışırlar ki, onların dərisi zərif və məxməri olsun. Amma, təəssüf ki, belə nəticələrə hər kəs nail olmağa müvəffəq olmur. Problemi aradan qaldırmaq üçün dərinizə düzgün qulluq prosedurunu seçməlisiniz.
Üz dərisinin qabıqlanması

Dəri strukturunda dəyişikliklər bir çox səbəblərdən ola bilər. Əlbəttə ki, ilk növbədə qabıqlanma kəskin temperatur fərqindən, küləyin, yağışın və ya qarın təsirindən yaranır. Bu halda dəriyə qayğı göstərmək üçün ən uyğun qulluq prosedurunu seçmək kifayətdir.

Həmçinin yanlış qulluq da üzdə qabıqlanan sahələrin yaranmasının səbəbi ola bilər. Əgər siz tez-tez təmizləmə üçün skrablardan istifadə edirsinizsə və ya əksinə, gigiyenik prosedurlara məhəl qoymursunuzsa, bu zaman dərinizin strukturu ən pis tərəfə dəyişə bilər. Bu həmçinin keyfiyyətsiz və ya vaxtı keçmiş kosmetikadan istifadə zamanı da ola bilər.

Qabıqlanma yanlış qidalanmaya görə, vitaminlərin və mikroelementlərin çatışmazlığı səbəbindən də yaranır. Əgər siz yuxusuzluqdan əziyyət çəkirsinizsə, yalnış həyat tərzi aparırsınızsa bu mütləq sizin dərinizdə əks olunacaq.
Üzdə olan problemlərə həmçinin allergiya və dəri xəstəlikləri də səbəb ola bilər. Bəs bu zaman dərinin qabıqlanmasından necə qurtulmaq olar?

Bunun üçün sizə yumşaq yuyulma vasitələri, yumurta sarısı, bal, yulaf unu, limon şirəsi, bitki yağı, yağsız kəsmik, süd, dəniz duzu, zeytun yağı, badam yağı, ərik yağı, üzüm yağı, kərə yağı, banan, xardal tozu, təmizlənmiş su, kök şirəsi, xiyar şirəsi, kartof nişastası lazım olacaq.

Dərinin qabıqlanması ilə müxtəlif üsullarla mübarizə aparmaq olar. Məsələn, siz kosmetik prosedurlar və ya xalq təbabətindən istifadə edərək üzünüzün vəziyyətini yaxşılaşdıra bilərsiniz. Amma ilk öncə üzdə qabıqlanmanın yaranmasının səbəbini aydınlaşdırmaq lazımdır.

Sabundan istifadədən imtina edin. Yuyulma üçün yalnız yumşaq losyonlardan, gellərdən və köpüklərdən istifadə edin. Üz dərisini dəsmal ilə silmək lazım deyil, onunla sadəcə rütubətli dərini islatmaq kifayətdir. Heç bir halda tərkibində spirt olan vasitələrdən istifadə etməyin çünki onlar dərini qurudur. Üz dərinizə təbii inqrediyentlərdən hazırlanmış maskalar çəkin.

Əgər üzünüzdə iltihab yoxdursa, bu zaman bal maskasından istifadə edə bilərsiniz. Onun hazırlanması üçün 1 çay qaşığı balı yumurta sarısı ilə qarışdırın, üzərinə o qədər də yulaf unu, 5 damcı limon şirəsi və 0.5 çay qaşığı bitki yağı əlavə edin. Maskanı bir neçə dəqiqəlik üzünüzə çəkin.

Siz həmçinin süd maskasından da istifadə edə bilərsiniz. Bunun üçün bir xörək qaşığı yağsız kəsmiyi 250 ml süd ilə qarışdırın. Üzərinə 1 xörək qaşığı zeytun yağı və bir az dəniz duzu əlavə edin. Alınmış qarışığı 15 dəqiqəlik üzünüzə çəkin, sonra isə ilıq su ilə yuyun.

Qış fəslində daha yüksək yağlılıq dərəcəsinə malik olan maskalardan istifadə etmək lazımdır. Bunun üçün 2 yumurta sarısının üzərinə 1 çay qaşığı bal və 2 xörək qaşığı bitki yağı əlavə edib qarışdırın. Alınmış qarışığı buxarın üstünə qoyun, birazca isidin. Maskanı incə qatla üz dərinizə çəkin, 5 dəqiqədən sonra proseduru yenidən təkrarlayın (4 qat olmalıdır). 20 dəqiqədən sonra maskanın qalıqlarını ilıq su ilə yuyun.

Qabıqlanmadan qurtulmaq üçün, yağlar əsasında hazırlanmış maskalardan da istifadə edə bilərsiniz. Kiçik həcmdə bərabər nisbətlərdə badam, ərik və üzüm yağını qarışdırın və üzərinə bir az bal əlavə edin. Alınmış vasitəni dərinin problemli sahələrinə çəkin. 10 dəqiqədən sonra maskanın qalıqlarını ilıq suda isladılmış tamponla silin.
Daimi olaraq qabıqlanan dəriyə ev şəraitində hazırlanmış qidalı kremlər çəkin. Kərə yağını və bananı əzin və alınmış qarışığın 2 xörək qaşığını bir çay qaşığı bal ilə qarışdırın. Maskanı yüngül masaj hərəkətləri ilə 15 dəqiqə ərzində üz dərinizə çəkin.

Qabıqlanmanın qarşısını xardaldan hazırlanmış maska ilə də almaq olar. 1 çay qaşığı xardal tozunu bir xörək qaşığı zeytun yağı və eyni miqdarda su ilə qarışdırın. Maskanı dəriyə incə qatla 5 dəqiqə ərzində çəkin, sonra qalıqlarını ilıq su ilə silin.

Maskalardan istifadə etdikdən sonra üzünüzə mütləq qidalı krem çəkin

Həmçinin çalışın əsasına tərəvəz şirələri daxil olan vasitələrdən istifadə edəsiniz. Kök, xiyar və limon şirələrini bərabər nisbətlərdə qarışdırın. Qarışığa bir az kartof nişastasını əlavə edin. İnqrediyentləri yaxşıca qarışdırdıqdan sonra üzünüzə çəkin.

Maskaları həftədə bir dəfə etmək lazımdır

Bütün sadalanan metodlardan başqa siz bu problemdən tibb yolu ilə də qurtula bilərsiniz. Hal-hazırda böyük miqdarda müxtəlif əczaçılıq preparatları mövcuddur ki, onların köməyi ilə dərinin qabıqlanmasından qurtulmaq olar. Lakin ilk öncə mütləq kosmetoloqla məsləhətləşin.

Yorum Gönder

0 Yorumlar