Dəbli saç hörükləri

Əzəldən qadınlar öz saçlarını ən müxtəlif üsullarla bəzəyirdilər. Onlar hörüklərinə güllər düzər, saçlarını və tellərini burar, saçlarına çiçək çələngləri hazırlayar və müxtəlif növ hörüklər fikirləşirdilər. Bu günümüzdə də hörüklərin hörülməsi öz aktuallığını qoruyub saxlayır və bir çox dəbli xanımların üstünlük verdiyi saç düzümüdür.

Lakin əksər hallarda hörükləri balaca qız uşaqlarında görmək olar, lakin yaşla da bu saç düzümü həmçinin dəbli görünür və adət edilmiş qadın obrazına müxtəliflik və eyni zamanda da zəriflik gətirir. Xüsusən də, müasir zamanda müxtəlif obrazlar yaratmaq üçün bir çox hörük növləri məlumdur ki, bud a saç düzümü edərkən sizə geniş seçim yaradır.

Hörüklərin hörülmə üsullarının stillərin və obrazların bütün müxtəlifliyinin arasında, əcaib, maraqlı və gözəl variantlardan biri də fransız hörükləri sayılır. Belə ad altında dərhal bir-birindən o qədər də fərqlənməyən, bütün variantlarda vahid stili olan bir neçə hörük üsulu nəzərdə tutulur.

Bundan başqa daha sadə üslubda "Sünbül", "Balıq quyruğu" və "Şəlalə" stilində hörüklər də çox dəbli görsənir. Hörüklərin sadə növünü hörmək çox asandır, başqa üsullarda isə artıq kifayət qədər ciddi və peşəkar hazırlıq lazımdır.

Sizlərə dəbli hörük formalarından istifadə edərək öz şəxsi gözəl, zərif və qeyri-adi saç düzümünüzü yaratmağı arzu edirik. Aşağıda qeyd olunmuş şəkillər və videolarda sizlərə bir sıra maraqlı hörük modellərini təqdim edirik.

[youtube id="AAKSBvN3mM0" width="620" height="360"]
[youtube id="bfQF1QzlnGs" width="620" height="360"]
[youtube id="SOLehD_1_Pw" width="620" height="360"]
[youtube id="85zF1-2a2s0" width="620" height="360"]
[youtube id="twpudqj2z24" width="620" height="360"]
[youtube id="Qg9ew8VCHi8" width="620" height="360"]
[youtube id="Hg-1ZRRZ34M" width="620" height="360"]
[youtube id="Sod071xlTOI" width="620" height="360"]
[youtube id="qJRv-bFYou0" width="620" height="360"]
[youtube id="hISXnvtlNBw" width="620" height="360"]
[youtube id="FQyWrYQ-6tQ" width="620" height="360"]
[youtube id="tg-rFGGeC4s" width="620" height="360"]

[justified_image_grid facebook_id=122845817774316 facebook_album=697214773670748 limit=0]

Yorum Gönder

0 Yorumlar