Bədəniniz yaya hazırdırmı?

Əgər siz hələ də yay mövsümü üçün arıqlamaq haqda fikirləşirsinizsə, bu zaman biz sizə 4 həftəlik plan təqdim edirik. Bu vaxt ərzində siz həm artıq kilolardan qurtulacaqsınız, həm dərinizin tonusunu yaxşılaşdıracaqsınız, həm də faydalı vərdiş əldə etmiş olacaqsınız.

  1. Piyada gəzin və qida rasionunuzu dəyişdirin.
    Gündəlik həyat tərzinizə 30 dəqiqədən başlayaraq tədricən bir saata kimi artıraraq enerjili gəzintilər daxil edin. Daha sürətli arıqlamaq istəyirsinizsə, bu zaman səhər yeməyindən əvvəl də 15 dəqiqəlik gəzintiyə çıxın. Səhər saatlarında orqanizmdə karbohidratların ehtiyatı az olduğu üçün piyli hüceyrələrin parçalanması prosesi daha sürətli gedəcək.
    Öz qida rasionunuzu və qidalanma rejiminizi təkrar gözdən keçirin. Şirniyyatlardan və başqa sadə karbohidratlardan imtina etmək, mürəkkəb karbohidratları isə (yarmalar və bərk makaron növləri) yalnız nahara qədər istifadə etmək məsləhətdir. Daha çox təzə tərəvəzlər yeyin və çalışın gün ərzində 4-5 dəfə az-az qidalanasınız. Doyumlu şam yeməklərindən çəkinin. Son qida qəbulu yatmazdan təxminən 3-4 saat əvvəl olmalıdır.

  2. Gimnastika ilə məşğul olun.
    Hər səhəri yüngül oynaq gimnastikasından və kürək, boyun, omba əzələlərinin dartılmasından başlayın, sonra tədricən idman tapşırıqlarına keçin və hər hərəkəti ən azı 10-15 dəfə təkrarlayın.
    Pəhrizə riayət edərək gündəlik gəzintiləri daha sürətli tempdə etməyə davam edin. Gəzinti marşrutunu elə seçin ki, ona eniş yoxuşlu yollar da daxil olsun.

  3. Aerobika məşqlərindən və kontrast duşdan istifadə edin.
    Nəbzinizi yoxlayaraq, sevdiyiniz fəallıq növünü seçin və həftədə 3 dəfə 40-50 dəqiqə ərzində onlarla məşğul olun. Bu velosiped gəzintisi, qaçış, üzgüçülük və ya rəqslər ola bilər.
    Öz gündəlik gimnastikanızı kontrast duş ilə bitirin. Bunun üçün vannanı və ya tası topuğa qədər isti su ilə doldurun ki, ayaqlarınız isti suda qalsın. İlk olaraq 5 dəqiqə isti suyun altında bir az isinin, sonra 1 dəqiqə isti suyun altında, 20-30 saniyə soyuq suyun altında dayanın. Proseduru soyuq su ilə bitirin.

  4. Qüvvətli idman tapşırıqlarından istifadə edin.
    Əsas əzələ qruplarına aid 10-15 tapşırıq seçin və bir məşq zamanı onlardan yalnız birinin üzərində işləyin. Beləliklə bir gün ərzində siz kürək və çiyinləriniz, növbəti gün sinə və əlləriniz, üçüncü gün isə ayaqlarınız üzərində işləyəcəksiniz. Belə məşqlər ilə həftədə 2-3 dəfə məşğul olun və əzələlərinizin bərpaya kifayət qədər vaxtı olması üçün istirahət etməyi də unutmayın.

Yorum Gönder

0 Yorumlar