Artıq çəkidən və sızanaqdan qurtulmaq üçün alma sirkəsi
- Kəpəkli saçlar üçün alma sirkəsi möcüzəsi. Saçınızı durulayərkən suya alma sirkəsi əlavə edərək durulayın. Beş su stəkanı suya bir çay stəkanı alma sirkəsi əlavə etmək lazımdır. Saçlarınızın kəpəkdən təmizləndiyini və parladığını görəcəksiniz.
- Sızanaqlar üçün alma sirkəsi möcüzəsi. Bir çay stəkanı alma sirkəsinə yarım çay stəkanı su əlavə edin. Pambığı qarışığa batıraraq sızanaqların üzərinə kompres edin. Hər gün eyni tətbiqi etsəniz, irəliləyən müddətdə sızanaqların itdiyini görəcəksiniz.
- Dəri ləkələri üçün alma sirkəsi möcüzəsi. Bir su stəkanı su ilə bir su stəkanı alma sirkəsini qarışdırıb qaynadıb, bu su ilə üzünüzə buxar vannası edin. Bundan başqa eyni miqdarda su və alma sirkəsini qarışdırıb üzünüzü 3 gündən bir bu suyla silin. Dəri ləkələri üçün olduqca təsirli olduğunu görəcəksiniz.
- Artıq çəkili xanımlar üçün alma sirkəsi möcüzəsi. Bir su stəkanı suyun içinə bir çay qaşığı alma sirkəsi əlavə edin. Hər səhər nizamlı olaraq ac qarınına bu qarışığı için.
Qeyd: Mədəsində problemi olanlar həkimlə məsləhətləşsin. - Damar xəstəli olanlar üçün alma sirkəsi (varis). Yumşaq dəsmalı alma sirkəsinə batıraraq varisli olan bölgəyə sarın. Bu tətbiqi edərkən qıçlarınızı yüksək bir yerə qaldırıb 40-45 dəqiqə qədər istirahət etdirin.
Bu əməliyyatı vaxtınız varsa hər səhər və axşam təkrarlayın.

0 Yorumlar