Əgər siz kökəlmək istəyirsinizsə. Əgər sizin bədən indeksiniz normadan aşağıdırsa və bu ya təbii konstitusiya ilə, ya üstün və çox sürətli maddələr mübadiləsi ilə, ya çox aktiv həyat tərzi, ya pis iştaha ilə və ya yeməyə vaxt çatışmazlığı ilə bağlıdırsa, bu zaman sizə şübhəsiz ki, arıqlamaq məsləhət deyil. Bəzi hallarda isə hətta qadağandır. İnanın ki, sizin nə qədər un məmulatları, şirniyyat yedikdən sonra belə kökəlməmək qabiliyyətinizə qadınların çoxu paxıllıq edir. Bu zaman siz kömək və dəstək üçün yaxınlarınıza və ixtisaslaşdırılmış mütəxəssislərə müraciət edə bilərsiniz.
Əgər siz anoreksiya xəstəsisinizsə. Dəqiq diaqnozu yalnız həkim qoya bilər, amma əgər siz hətta ətrafınızdakıların heyran olmasına baxmayaraq özünüzdən daim narazısınızsa, əgər sizin bütün həyatınız arıqlamaq üçün tək hədəfin ətrafında fırlanırsa — bu zaman narahat olmaq vaxtıdır. Siz bu zaman kömək və dəstək üçün yaxınlarınıza və ixtisaslaşdırılmış mütəxəssislərə müraciət etsəniz görəcəksiniz ki, onlar sizə arıqlamamağı məsləhət görürlər.
Əgər siz hamiləsinizsə və ya körpəyə süd verirsinizsə. Hamiləlik — qadın orqanizmindən bütün olan gücün tələb olunduğu dövrdür. Buna görə bu vaxt çox zaman sərt pəhrizlər və ağır fiziki işlər üçün tamamilə yararsızdır. Əgər siz həkimlərin, pediatorların və dietoloqların tövsiyələrini pozaraq dəyərli qidalanmanı dayandırsanız, bu zaman körpəniz həyat üçün önəmli vitaminləri və mikroelementləri, siz isə dünyaya sağlam övlad gətirmək üçün enerjini hardan alacaqsınız? Doğuşdan sonra əvvəlki bədən quruluşuna çox zaman sağlam qadınlar döş yedirməsini normaya saldıqlarından sonra qayıdırlar.
Əgər siz yeniyetməsinizsə. Gənc həm də intensiv tempdə və gözlənilməz formalarda artan orqanizm küllü miqdarda nutrientlərə, mikroelementlərə və vitaminlərə ehtiyac duyur. Bu vitaminlərdən hansılar olmadan keçinmək olmasını sərbəst müəyyən etmək olmur. Bu zaman ciddi pəhrizlərə oturan qızların reproduktiv sistemində problemləri yarana bilər.
Əgər siz klimakteri dövrünü yaşayırsınızsa. İstənilən qadın üçün bu dövr kifayət qədər mürəkkəbdir, həm də çox vaxt bu zaman bütün həyatı boyu incə elastik bədən hormonal təsirin nəticəsində öz formasını itirdiyi üçün və köklük yarandığı üçün qadınlar depresiyaya düşürlər. Lakin bu vaxt sağlamlıqda əlavə problemlər qazanmaqdansa müvəqqəti zəruriliklə barışmaq daha yaxşıdır.
Əgər siz yaxın vaxtlarda əməliyyat olunmusunuzsa və ya ağır xəstəlik keçirmisinizsə. Bu zaman sizin orqanizminizə artıq çəki ilə mübarizə üçün deyil, bərpa üçün güc tələb olunur. Bəzən xəstəliklərlə bağlı və ya əməliyyat sonrası az hərəkətli həyat tərzi əzələlərin zəifləməsinə, bəzi yerlərdə dərinin "sallanmasına" gətirib çıxarır. Lakin bu zaman da bir müddət mükəmməl fiziki formanı qaytarmaq üçün bir az gözləmək lazımdır.
Əgər siz genetik olaraq köklüyə meyillisinizsə. Dietoloqlar iddia edirlər ki, bu vəziyyətdə arıqlamaq cəhdləri sizə zərər verə bilər, əhval-ruhiyyə və xarakterinizi ciddi korlaya bilər. Demək ki, bu hal ilə barışmaq lazımdır.
Əgər siz həqiqətən də öz görünüşünüzdən razısınızsa. Bu halda artıq sizi arıqlamamaq üçün inandırmaq lazım deyil.
0 Yorumlar