- Kişilər bizim arzularımızı oxuya bilmirlər. Biz nə qədər istəyirik incidilmiş gedə, dodaqları şişirdə, hirslənə bilərik çox təəssüf ki, bunun heç bir mənası olmayacaq. Sadəcə yaxınlaşmaq və demək lazımdır: bu olacaq, ya yox.
- Gündə 48 dəfə həyat yoldaşınıza zəng etməyin! Onlara mənasız smslər göndərməyin, necə ki sizi parlaq jurnallarda öyrədirlər. Cibə səfeh məktublar qoymayın: əgər kişi çox işləyirsə, qıcıqlanmadan başqa, bu onda heç nə yaratmayacaq! Kişiyə lazımdır ki, o evə gəldiyi zaman rahatlıq tapsın. Görürsünüz ki, o işdən sonra televizorda pultla yatdı — üstünü örtün, başının altına balış qoyun. Qəzəblə oyatmayın ki, o xoruldayır və sizə yatmağa mane olur!
- Keçmişi indiki həyata dartmaq olmaz. Əgər ayrıldılarsa, deməli ayrıldılar. Keçmiş məşuqlar arasında hansı dostluq ola bilər? Bu ağrı və həyəcan insana əzab verir. Sevdiyiniz insanı qaytarmaq istəyirsinizsə, siz bütün şərtlərə dözməyə hazır ola bilərsiniz. Amma buna uzun müddət heç kim dözməyəcək. Münasibətləri bərpa etmək üçün, qarşılıqlı danışıb iddialı, dəqiq şərtlər irəli sürmək lazımdır.
- Mən hesab edirəm ki, qadın kişiyə sağ qalmaq üçün, vasitə kimi baxmamalıdır. O qadına borclu deyil. Oda axı kiminsə oğlu, kiminsə qardaşıdır. Kişi də qayğıya və nəvazişə ehtiyac duyur.
- Xəsis kişidən dərhal qaçmaq lazımdır. Qızlar möcüzələr olmur. Xəsis kişini yenidən tərbiyələndirmək olmaz. Əgər o belədirsə, onda o emosiya və nəvazişdə də xəsis olacaq.
- Həqiqi sevgi — bu o zaman olur ki, ağılsız ehtiras zərif sevgiyə çevrilir. Budur sən onu gördüyün zaman, ürəkdən sevinirsən, gözlərin yanır, şüurunu itirirsən. İstəyirsən ki, o sənə yaxın olsun, başqa cür sən öləcəksən. Bu dəli ehtiras təxminən bir il sonra keçir və sən sadəcə anlayırsan ki, bu insanla qocalmaq və ondan dünyaya uşaq gətirmək istəyirsən.
- Qadınlar xəyallara qapılmağa (özündən uydurmağa) meyllidir. Kişilər təsəvvür edə bilməz ki, biz özümüzdən nələr uydururuq —toy, birgə həyat, sevgi etirafı və s.
- Nikahda sehirli çubuqlar olmur. Biz məişəti, adi həyatı sevməliyik. O zaman biz xoşbəxt olacağıq. Axşam şam etməyi, istirahət günləri xizəkdə və s. həyat yoldaşınızla gəzməyi, uşaq dünyaya gətirməyi, onlarla bir yerdə dərsləri hazırlamağı sevməliyik. Ev işlərindən əlavə iş haqqında düşünməyi öyrənin, öz problemlərinizlə ailənizi "yükləməyin". Kişilər şikayət eşitməyi sevmirlər, xüsusilə iş haqqında. Onlarda bir cavab var: "özün aydınlaşdır ” və ya " işləmə".
İnsanlara etibar etmək və açıq ürəklə yaşamaq lazımdır. Sadəcə ağıllan hərəkət edin.

0 Yorumlar