Amerika alimləri güman edirlər ki, ağ saçlar sağlamlığın göstəricisidir. Bizim fikrimizcə isə əslində sağlam insanın 50 yaşından sonra saçı ağarmağa başlamalıdır.
Alimlər bir sıra tədqiqatlar keçirdikdən sonra saçın ağarmasının qocalma əlamətinin olmadığını izah ediblər ki, onların fikrincə əksinə ağ saç sahibinin uzun və sağlam həyatı haqqında danışır. Xüsusilə də əgər söhbət saçı ağarmış kişilərdən gedirsə. Çoxsaylı tədqiqatların nəticəsində məlum olub ki, ağ saç orqanizmdə antioksidativ proseslərin gücləndirilməsi ilə bağlıdır ki, bu da öz növbəsində insanın qocalmasının qarşısını alır və ona sağlam və uzun həyat yaşamaq üçün böyük şanslar verir.
Mütəxəssislərin fikrincə, ağ saç insanın möhkəm sağlamlığının əlamətidir. Lakin burada da istisnalar var. Bu 30 yaşınadək yaranan ağ saçlara aiddir. Hər il insan orqanizmində oksidləşdirmə prosesləri daha intensiv olduğu üçün bu qlutationa antioksidləşdiricisinin miqdarını azaldır. Əgər ağ saçlar daha çox yaşlı insanlarda yaranırsa, bu onların orqanizmində böyük miqdarda qlutation maddəsinin göstəricisidir ki, o da saçların ağarmasının səbəbidir.
Alimlər izah edirlər ki, əgər ağ saç 50-55 yaşlarında yaranırsa, bu o deməkdir ki, orqanizmdə ciddi nasazlıqlar yoxdur. Bu səbəbdən də, ağ saç gördükdə narahat olmağa ehtiyac yoxdur, bu orqanizmin düzgün işləməsinin əlamətidir.
Maraqlıdır ki, hər onuncu adamın saçı heç vaxt ağarmır.
Kimsə artıq ağarmağa başlayan saça görə saçlarını 40 yaşında boyamağa başlayır, kiməsə isə bunu heç vaxt etmək lazım deyil. Kosmetik vasitələrin istehsalı ilə məşğul olan bir brend ağ saçlar üçün istehsal etdiyi məhsulun nə qədər kişi və qadına yararlı olmasını öyrənmək üçün tədqiqat keçirdi. Məlum oldu ki, 60 yaşdan yuxarı insanların 10%-də ümumiyyətlə ağ saç yoxdur və onların saçlarının rəngi demək olar ki, bütün həyatı boyu dəyişməz qalıb.
Nəticə göstərdi ki, yaşlı insanlar arasında saçı ağarmış insanların sayı əhəmiyyətli dərəcədə düşündüyümüzdən daha azdır. Daha əvvəl belə bir fikir mövcud idi ki, 50 yaşında olanların arasında ən azı 50%-nin saçı ağarmışdır, lakin tədqiqatlar nəticəsində bu rəqəm 25%-ə endi. Həm də ki, bu amil dünyada qeyri-müntəzəm yayıldığına görə hansısa bir ölkədə ağ saçlı insanların sayı daha da az ola bilər.
Tədqiqatçılar öz nəticələrində 20 müxtəlif ölkədən, müxtəlif yaşda və etnik qruplarda olan 4 000 kişi və qadın arasında onların saç rənginin analizini ediblər. Bütovlükdə 45-65 yaşda olan insanların 74%-də ən azı 27% saçları ağarır. Ağ saçın səviyyəsi yaşla daha da artır və 56-60 yaşa qədər artıq 86% insanlarda artıq ağ saçlar əmələ gəlir, 61-65 yaşda isə 90% insanda ən azı 40% ağ saç olur.

0 Yorumlar