Cins köynəklər
Çox güman ki, bu mövsümdə bu stildə olan geyimlərdən ən dəblisi cins köynəklərdir. Bu halda da gündəlik obraz üçün olan modellərin və onların inteqrasiyasının bir sıra müxtəlif variantları ola bilər – bu həm sadə biçimli cins köynək, həm beldə düyünlənmiş qısa model və ya geniş cins köynəklər ola bilər. Belə köynəklər çiçək naxışlı ətək və ya dəri şalvarlarla uyğunluq təşkil edəcəklər. Lakin cins parçanın müxtəlif çalarlarından olan bir geyim dəsti ən dəbli obraz sayılır.
Rəngli cinslər
Növbəti yay trendi – rəngli cins geyimləridir. Bu mövsümdə isti rəng qammasına uyğun narıncı, sarı, yaşıl və qırmızı rəngin bütün çalarları dəbdə olacaq. Bir rəngli şalvarlar, ombre effektində və ya abstrakt naxışlı şortlar, etnik şəkilli cinslər bu mövsüm çox dəbli görsənəcək.
Əlbisələr
Cins don seçərkən, onun köynək-modelində olmasına diqqət edin. Onları yastı-daban ayaqqabı və iri həcmli çanta ilə uyğunlaşdırmaq olar. Bu zaman rahat gündəlik obraz əldə etmiş olacaqsınız. Siz həmçinin belinizi geniş qayışla vurğulaya bilərsiniz və ya parlaq ayaqqabılardan və aksessuarlardan istifadə edərək, obrazınızı daha da gözə çarpan edə bilərsiniz. Belə geyimdə həm yola düşə bilərsiniz, həm işə, həm də ki görüşə gedə bilərsiniz. Bu mövsümdə dizaynerlər belə formada olan lakin açıq rəngli libaslara üstünlük veriblər.
Cins jiletlər
İsti mövsümün gəlişi ilə cins materiallardan olan gödəkçələri cins jiletlərə dəyişirik. Bu dizaynerlər tərəfindən bəyənilən 90-cı illərin daha bir fərqli stilidir. Belə jiletləri siz həm çiçək naxışlı, həm də ki, parlaq rəngli romantik donlarla uyğunlaşdırıb, geyinə bilərsiniz.
Şortlar
Qısa geyimləri sevənlər üçün bu trend müxtəlif seçim imkanları verir. Bu mövsümdə siz bir rəngdən tutmuş müxtəlif rənglərədək olan şortlar seçə bilərsiniz. Təbii ki, ofisdə belə növ geyim uyğun olmaz, lakin istirahət üçün belə modellər əvəzolunmazdır. Siz şortları həm parlaq top və hündür daban ayaqqabılar ilə əyləncə gecələrinə, həm də ki, adi köynəklə şəhər gəzintisinə geyinə bilərsiniz.
Cins şalvarlar
Təbii ki, artıq çox alışdığımız və hər kəsin qarderobunda bir neçə ədəd olan klassik cins şalvarlarsız gündəlik həyatımızı təsəvvür etmək mümkün deyil. Bu tip şalvarları hündür daban ayaqqabılarla da uyğunlaşdırmaq olar. Həmçinin hər obrazla uyğunlaşa bilən klassik düz cinslər də çox dəbdədir.

0 Yorumlar