Klassik manikür
Klassik manikürə əsasən dırnaqları bir və ya bir neçə rəngdə olan dırnaq boyası ilə rəngləmək lazımdır. Bu zaman siz öz fantaziyanızı işlədərək oxşar və ya tamamilə kontrast rənglərdən manikür edə bilərsiniz. Bu mövsümdə isə göy qurşağının bütün rəng çalarları aktualdır.
Folqa ilə edilmiş yaz manikürü
Bildiyiniz kimi, artıq bir neçə mövsüm ardıcıl olaraq metal rəngli dırnaq boyaları çox dəbdədir. Belə effekti adi folqa kağızının tətbiqi hesabına ala bilərsiniz. O həm tam olaraq təmiz halda, həm də ki əsas manikürə bəzək vermək üçün və ya əlavə detal kimi istifadə olunur. Folqa xüsusi yapışqan vasitəsi və ya adi formada hələ tam qurumamış manikürün üzərinə yapışdırılır.
Çiçək ornamentli manikür
Dırnaqlarda çiçək motivləri bu il heç vaxt olmadığı kimi dəbdədir. Belə naxışları almaq üçün sadəcə dırnağa yeni çəkilmiş lakın üzərinə bir neçə damcı digər rəngdə olan boyadan damcıladın, diş çöpü və ya nazik uclu bir vasitə ilə nöqtələrə gül formasını verin.
Fərqli fransız maniküru
Bir və ya bir neçə çiçək ornamentləri ilə bəzədilmiş fransız manikürü dırnaqlarınızda yaz kimi təravətli və nəvazişli görünəcək. Belə manikür xüsusi ilə də qaynaq olunmuş və ya adi uzun dırnaqlarda da çox gözəl görsənəcək. Çiçək ornamentlərini siz yuxarıda qeyd olunmuş qayda ilə yarada bilərsiniz və ya manikür üçün hazır trafaretlərdən istifadə edə bilərsiniz.
Yaz manikürunun yaradılması üçün hazır yapışqanlar
Yazda manikür edərkən hazır yapışqanlardan istifadə etmək çox rahatdır. Bu zaman onları siz gelin və ya təzə çəkilmiş lakın üzərinə yapışdırıb, üzərinə şəffaf lak çəkə bilərsiniz. Şəkillərin və yapışqanların motivlərinin müxtəlifliyi sizə mütəxəssisin köməyi olmadan da maraqlı manikür yaratmağa imkan yaradacaq.
[justified_image_grid facebook_id=122845817774316 facebook_album=688544561204436]

0 Yorumlar