Yaşa görə dəriyə qulluq....

Dəriyə qulluq edərkən dəri tipinə və yaşa görə uyğun baxım tətbiq etmək əhəmiyyət daşıyır. Hər yaş dövrünə və dəri tipinə uyğun qulluqu nəzərinizə çatdırırıq...

20 yaşında dəri baxımı

Dərinizi səhər və axşam təmizləməlisiniz. Xüsusilə sabunsuz təmizləyiciləri seçin.
Dərinizi yaxşıca quruladıqdan sonra spirtsiz bir tonik tətbiq edin. Tonik, məsamələrinizi möhkəmləndirər, dərinizin PH tarazlığını nizamlayar və təmizləyici məhsulun artıqlarını götürər.

Təmizləmə əməliyyatından sonra dərinizə ehtiyacı olan nəmi vermək üçün, dəri tipinizə ideal nəmləndirici bir məhsul tətbiq edin.
25 yaşından sonra göz ətrafınızda meydana çıxmağa başlayan incə xəttlərin dərinləşməməsi üçün göz ətrafı krem istifadə etməlisiniz. Çox yorğun olduğunuz zamanlarda canlandırıcı bir serumla mini bir müalicə də tətbiq edə bilərsiniz.

30 yaşında dəri baxımı

20 yaşlarında başladığınız təməl baxımın yanında yavaş-yavaş başlayan göz ətrafı qırışıqlıqlara qarşı tədbir alın. Bu bölgədəki dərinin incə olmasını nəzərə alaraq göz ətrafı üçün xüsusi olaraq hazırlanmış yağsız məhsulları istifadə edin.

Oyandığınız zaman gözlərinizdə şişmə olursa çayla kompres etmək ya da xiyar dilimləriylə gözləri istirahət etdirmək yaxşı təsir edəcəkdir.

40 yaşında dəri baxımı

Üzünüzə təmizləyici südü dairəvi hərəkətlərlə tətbiq edin. Yüngül və nəmli bir pambıqla içdən xaricə doğru alın, yanaqlar və çənə sırasını izləyərək təmizləyin. Tonik ya da suyla dərinizi durulayın.

Nəmini itirmiş dəridə xəttlərin artması sürətlənəcəyindən nəmləndirici istifadə etməyə qarşı laqeyd yanaşmayın. İstifadə etdiyiniz məhsulun hiyalüronik turşu və qliserol məzmunlu olmasına diqqət edin. Çünki bu aktivlər, dəri laylarında suyun tutulmasına kömək edəcək.

Yüzünüzə tətbiq etdiyiniz baxımı mütləq boyunuza da tətbiq edin. Ancaq üzünüzə yuxarı doğru, boyunuza isə aşağı doğru hərəkətlərlə kreminizi sürtün.

Hər yaşda tətbiq oluna bilən dəriyə qulluq təklifləri



  • Boynunuzda sallanma meydana gəlməsinə maneə törətmək üçün boyunuzu yuxarı doğru gərgin tutmağı bir vərdiş halına gətirin.

  • Dəridəki quruluğu aradan qaldırmaq üçün yuyunduqdan sonra yağlı bir kremlə bütün bədəninizi nəmləndirin.

  • Həftədə bir neçə dəfə təmizləyici baxım məhsuluyla dərinizi ölü hüceyrələrdən təmizləyin.

  • Sallanmalar üçün ən təsirli yol, məşq etməkdir. Uzun məşqlərə zaman ayıra bilmirsinizsə heç olmazsa piyada çox gəzin.

  • Sinə və qıç arası sallanmaların qarşısını almaq üçün çox isti suyla yuyunmamağa diqqət edin. Duş sonrası sinənizə və qıçlarınıza soyuq su ilə şok edin.

  • Siqaret, spirt, çay və qəhvə dərinin başlıca düşmənləridir. Bunlardan uzaq dayanmağa çalışın.

  • Stress, təsirini dərinizi pozaraq göstərər. Stresssiz bir həyat üçün səy göstərin.

Yorum Gönder

0 Yorumlar