Yağ yandıran qidalar

Yaz ayları yaxınlaşarkən kilolardan xilas olmaq istəyən xanımlar bu qidalardan istifadə etsinlər.


  • Qatıq: Kilo itkisini təmin edən ləzzətli qidaların başında gələn qatıq yüksək zülal tərkibinə malikdir. Zülal tərkibinin yüksək olması mədədə uzun müddət qalmasına və sizi tox tutmasını təmin edər. Ayrıca bədənimiz zülal tərkibli yüksək olan qidaları həzm edərkən daha çox kalori xərclədiyi də unudulmamalıdır.

  • Darçın: Aparılan elmi işlər darçının qan şəkəri səviyyəsi üzərində nizmlayıcı təsiri olduğunu bildiriblər. 2 Tip diyabetlilərdə iştah azalmasını təmin edir. Şirin ehtiyacınızı darçın ilə kalori artırmadan həll edə bilərsiniz. Darçını çay, qəhvə və qatıq kimi qidalar ilə birlikdə istifadə etmək olar.

  • Ədviyyatlar: Ədviyyatlar bəzi insanlarda iştahı artırarkən bəzilərinədə əks təsir göstərərək azaltmaqdadır. Ədviyyatlar maddələr mübadiləsini sürətləndirir. Bu vəziyyətdə sizin kilo verməyinizi asanlaşdıracaq. Bu səbəblə mədədə narahatlıqlarınız yoxdursa ədviyyatları bütün yeməklərinizdə rahatlıqla istehlak edə bilərsiniz.

  • Yaşıl Çay: Bəzi araşdırmalar yaşıl çayın qarın bölgəsindəki yağlanmağı azaltdığını göstərmişdir. İçərisində olan kateşinlər ilə maddələr mübadiləsin sürəti artırar. Yaşıl çaydan maksimum səviyyədə faydalanmaq üçün gün ərzində 2-3 ədəd içmək lazımdır. Ayrıca yaşıl çay yaxşı diqqət artırıcıdır.

  • Qreyfrut: Sehrli bir yağ yandırıcı deyil, amma az kalori tərkibi və uzun müddət tox tutması səbəbi ilə zəifləməyinizə köməkçi olacaq.

  • Çiy Tərəvəzlər: Çiy tərəvəzlər çox yaxşı bir aperatiftir. Çoxu ilə toxluq hissi təmin etməsinin yanında su məzmunu yüksək olduğu üçün kalorisi də aşağıdır. Bütün ət və törəmələri yanında çiy tərəvəz istehlak edsəniz sizi daha uzun müddət tox tutacaq.

  • Yumurta: Səhər simit kimi yüksək karbonhidratlı qidalar yerinə yumurta kimi yüksək zülal məzmunlu qida istehlak edin, həm daha uzun müddət tox tutduğunu, həm də daha sürətli kilo verməyinizi təmin etdiyi görülmüşdür. Xüsusilə yumurta ağının bəslənmə proqramında olması əhəmiyyətlidir.

  • Sirkə: Kilo vermək istəyən fərdlərin bağırsaq sistemlərinin nizamlı çalışması əhəmiyyətlidir. Əgər sıx qəbizlik problemi yaşayırsınızsa kilo vermə sürətiniz çox yavaş olar. Səhərlər qalxar qalxmaz 1 su stəkanı içərisinə 3-4 damcı sirkə damlatmağınız qəbizlik problemi yaşamanıza maneə törədəcək. Bu vəziyyətdə daha sürətli kilo verərsiniz .

  • Qəhvə: Qəhvə gün içərisində doğru istifadə edilsə yaxşı bir alternativdir, səhv istifadə edilsə pis bir alternativdir. Qəhvə maddələr mübadiləsi sürətləndirən başlıca içkilərdəndir. Xüsusilə idman edən kəslərin idmandan 30-45 dəqiqə əvvəl qəhvə istehlak etməsi lazımdır. Gün içərisində çox miqdarda qəhvə istehlakının köp etdiyi unudulmamalıdır.

Yorum Gönder

0 Yorumlar