Üz üçün meyvəli maskalar

Artıq tezliklə təzə meyvələrin və giləmeyvələrin çox gözəl vaxtı gələcək və biz məmnuniyyətlə onlardan istifadə edərək dərimizi və orqanizmimizi vitaminlərlə zənginləşdirəcəyik. Məlumdur ki, bizim üçün adət edilmiş meyvələr, həmçinin bəzi giləmeyvələr kosmetologiyada geniş istifadə olunur. Onlar dərinin ümumi vəziyyətinə müsbət təsir edir, təravətləndirir və gözəllik verir.

Üz üçün meyvələrdən hazırlanmış maskalar kifayət qədər ucuz vasitə olsa da, keyfiyyətinə görə heçdə müxtəlif məşhur firmaların kosmetik preparatlarından geri qalmırlar. Nəzərə alsaq ki, belə kosmetikanın tərkibində yalnız təbii məhsullar istifadə olunur, onların praktiki olaraq mənfi cəhətləri yoxdur (bəzi insanlarda allergik reaksiyaları çixmaq şərti ilə). Əgər siz meyvə və bitki cövhərlərinə qarşı allergiyaya meylli deyilsinizsə, bu zaman növbəti maskalardan faydalana bilərsiniz.

Müasir kosmetologiyada üzüm çox tez-tez istifadə olunur. O dərinin yenilənməsinə imkan yaradaraq dəridə maddələr mübadiləsini stimullaşdırır. Hər gün üzü yarı kəsilmiş üzüm giləsiylə silərək, siz dəridə rütubətin ehtiyatını artıracaqsınız və dərinin həddən artıq quru olmasının qarşısını alacaqsınız. İyirmi dəqiqədən sonra üzdəki şirəni yumağı unutmayın.
Armuddan da üz üçün əla meyvə maskası hazırlamaq olar. Belə maskalar sizin dərinizi hamar, elastik və təmiz edəcək. Yetişmiş armudu sıyıq vəziyyətinə qədər əzin və təxminən 20 dəqiqə ərzində üz dərinizə çəkin. Uzanın, rahatlalanın və unutmayın ki, istənilən maska yalnız yaxşı fikirlər haqqında düşündükdə müsbət nəticə verir. Bu maskanı əvvəlcə ilıq, sonra isə soyuq su ilə yuyub təmizləyin.

Üz dərisini, moruq şirəsi də effektiv təravətləndirir, qidalandırır və təmizləyir. Moruqdan hazırlanmış maskaları yumurta sarısıyla və ya təzə xamayla qarışdırmaq olar. Moruqdan, yumurta ağından və nişastadan hazırlanmış maska yağlı dəri üçün gözəl vasitə olacaq. Maskaları üzə yarım saat ərzində çəkin, sonra isə ilıq və ya mineral su ilə yuyun.
Artıq solmağa başlayan dəriyə (30-35 yaş) alma dilimi ilə edilən masajlar faydalı olacaq. Belə prosedur dərini toksinlərdən effektiv təmizləyəcək. Yetişmiş almanı süddə sıyıq halına qədər bişirin və ilıq sıyığı yarım saat ərzində üz dərinizə çəkin. Sonra ilıq su ilə yuyun. Nəticə sizi təəcübləndirəcək.

Üz üçün meyvədən hazırlanmış maskalar, meyvə turşusunun sayəsində dərini çox gözəl təmizləyir. Giləmeyvələr də həmçinin dərini qidalandırır və vitaminlərlə zənginləşdirir. Giləmeyvələri qidaya və ya sıyıqlara əlavə etmək çox faydalıdır. Faydalı xüsusiyyətlərinə görə moruq, qarağat, çiyələk, qarpız, böyürtkən kimi giləmeyvələr də kosmetologiyada geniş istifadə olunur.

Yorum Gönder

0 Yorumlar