Ürək üçün faydalı ərzaqlar

Ümumdünya Səhiyyə təşkilatının məlumatına görə, ürək-damar sisteminin xəstəlikləri əhalinin ölüm faizinin səbəblərinin arasında liderlik edir. Buna səbəb stresslə dolu müasir həyat tərzi və əlbəttə ki, düzgün olmayan qidalanmadır. Fast-fud, yarımfabrikatlar, yağlı qida ürək və damarlarımızın sağlamlığına mənfi təsir edir.

Biz çox zaman ürək-damar xəstəliklərinin nə qədər təhlükəli olduğunu bilsək də, vəziyyəti yetərincə qiymətləndirmirik. Məlum olduğu kimi, xəstəliklərdən qaçmaq üçün mütəmadi olaraq profilaktik tədbirlər görmək və ilk öncə də qida rasionumuza ürək üçün faydalı məhsulları daxil etmək lazımdır. Bir qayda olaraq, ürək və damarların xroniki xəstəlikləri zamanı həkimlər xüsusi pəhrizlər məsləhət görürlər.

Unutmayın ki, xəstəliklərin qarşısını almaq, onları müalicə etməkdən daha asandır.

50-ci illərin ortalarında Ansel və Marqaret Keys adlı iki alim Aralıq dənizinin ətrafında olan ölkələrin sakinlərinin (İtaliya, İspaniya, Yunanıstan və s.) Amerikada yaşayan insanlarla müqayisədə ürək-damar xəstəliklərindən, artıq çəkidən, stressdən və bir sıra digər xəstəliklərdən daha az əziyyət çəkmələrini aşkar etdilər. Bu, düzgün qidalanmadan və faydalı məhsullardan istifadədən asılıdır. Bildiyiniz kimi də, Aralıq dənizinin sahillərində il boyu günəş saçır və bundan əlavə təbii və sağlam qida məhsulları yetişir.

Pəhriz sözü istənilən insana sıxıcı gəlsədə, rasional və ya sağlam qidalanma yalnız faydalı deyil, həm də dadlı ola bilər! Sənaye məhsullarının istehlakını məhdudlaşdırın, düzgün yemək hazırlamağı öyrənin, qazlı içkilərin yerinə adi su içməyə başlayın və siz dərhal öz sağlamlığınızda və zahiri görünüşdə müsbət dəyişiklikləri görəcəksiniz.
Ürəyimizin uzun illər sağlam və güclü qalması üçün lazımlı qida məhsulları:

  • Balıq — "ürək" pəhrizinin əsasıdır. Qızılbalıq, skumbriya, forel kimi balıq növlərinin tərkibində xeyli miqdarda omeqa-3 yağ turşuları olduğu üçün onlar ətdən daha çox faydalıdırlar. Rusiya alimləri artıq sübut ediblər ki, hətta az miqdarda balığın müntəzəm istehlakı qadınlarda ürək pristuplarının və infarktların ehtimalını azaldır.

  • Yulaf lopaları, paxla - bu məhsulların ürək üçün xeyiri onların tərkibində damarları zəhərli xolestirinin təsirindən qoruyan sellülozun olmasıdır.

  • Zeytun yağı - salatların şahıdır. Praktiki olaraq istənilən məhsullara uyğun gələn zeytun yağı təbii antioksidləşdiricilərlə ürək əzələlərini azad radikallardan müdafiə edən A və B vitaminləri ilə zəngindir. Onun tərkibində aterosklerozun inkişafının qarşısını alaraq orqanizmə xolesterinin miqdarı ilə mübarizə aparmağa kömək edən yağ turşuları var. Yüksək kalorililiyinə (100 qr-da 898 kkal) görə zeytun yağından istifadəni gündə 1 xörək qaşığına qədər məhdudlaşdırmaq daha yaxşıdır.

  • Brokkoli kələminin tərkibinə aterosklerotik lövlələrin yaranmasına mane olan sulforapan maddəsi daxildir. C vitaminin, beta-karotinin yüksək konsentrasiyası orqanizmin hüceyrələrini azad radikalların hücumlarından müdafiə edir və qocalma proseslərinin qarşısını alır.

  • Sarımsağın tərkibində miokarda müsbət təsir edən 70-dən çox faydalı maddə var.

  • Balqabağın tərkibində isə aterosklerozla mübarizədə kömək edən, su və duz balansını normallaşdıran, arterial təzyiqin enməsinə imkan yaradan çox miqdarda beta–keratin, kalium və C vitamini var.

  • Çərəzlər, xüsusilə də qoz, sidr fındığı və badam ürək üçün çox faydalı məhsuldur. Onların tərkibində ürəyin və damarların işi üçün əhəmiyyətli omeqa-3 yağ turşuları var. Bundan başqa, onların tərkibinə kalium və maqnezium, B, C, PP vitaminləri də daxildir.

  • Alma ürəyin və başqa ürək-damar xəstəliklərinin profilaktikası üçün lazım olan maddələr - flavonoidlərlə zəngindir və o qanda xolesterinin səviyyəsini aşağı salır. Bundan başqa, almanın tərkibinə antioksidant və sətəlcəmə qarşı xüsusiyyətlərlə malik fitoelement kversetin daxildir və həmçinin alma qan laxtalanmasının yaranmasının qarşısını almağa kömək edir.

  • Qaysı qurusu - ürək üçün ən yaxşı çərəzdir. Onun tərkibində ürəyin ritmli fəaliyyəti üçün lazım olan xeyli miqdarda kaliy var. Bundan başqa təzə əriklər də ürək üçün çox faydalıdır.

  • Nar ürək-damar sisteminin işini yaxşılaşdırır. Onun tərkibində arterial təzyiqi və xolesterinin səviyyəsini aşağı sala bilən polifenol var. Həmçinin polifenol qan dövranının yaxşılaşmasına imkan yaradır və damarların divarlarında xolesterin lövlələrinin yaranmasına mane olur. Narı şəkərsiz yeni çəkilmiş şirə şəklində istifadə etmək daha yaxşıdır. Gündə 150 ml kifayətdir.

  • Avokado xolesterin mübadiləsini nizama salır. Bu meyvə infarktın qarşısını alan kaliumla zəngindir. Bu tərəvəzdə olan fermentlər ürəyin yaxşı işləməsi üçün lazımlı vitaminlərin mənimsənilməsini sürətləndirir və ürək əzələlərinin degenerasiyasına mane olur. Avokadonu çiy halda istifadə etmək lazımdır.

  • Giləmeyvələr həmçinin qidalı və faydalı məhsullardır və qocalma proseslərinin qarşısını alır. Giləmeyvələrin tərkibində orqanizmdən artıq mayeni çıxardan, qan damarlarını genişləndirən, arterial təzyiqi aşağı salan, ürəyin işini yaxşılaşdıran və şişləri çəkən kalium və maqnezium var. Kalium aritmiya və xroniki ürək çatışmazlığı vaxtı orqanizmə lazım olur. C vitamini damarların divarlarını bərkidir və müdafiə edir.

  • Tərkibində 70% kakao olan şokolad da ürək üçün faydalı hesab edilir. London universitetinin alimləri sübut etdilər ki, acı şokoladın müntəzəm istifadəsi ürək xəstəliklərin inkişafının riskini aşağı salaraq, damarlarda qanın laxtalanmasının yaranmasının qarşısını alır. Müalicəvi effekti kakaonun tərkibində olan flavonoidlər verir. Gündə 25 qramdan çox olmayan və ya 2-3 dilim şokolad istifadə etmək tövsiyə edilir.


Dadlı və faydalı qidalanın və sizin ürəyiniz sizə uzun illər xidmət edəcək!

Yorum Gönder

0 Yorumlar