Ünsiyyətli ol və yeni dostlar əldə et!

Yeni dostlar sizin özünüzün yeni tərəflərinizi açmağa imkan yaradacaq.


Yeni dostlar özünüzü yeni tərəfdən görmək, təcrübə ilə bölüşmək, dəyişilmək üçün əla üsuldur. Əgər siz ünsiyyət dairəsini yeniləmək və maraqlı insanlarla tanış olmaq arzusundasınızsa, bu zaman elə indi bu məqsədə tərəf hərəkət etmək lazımdır! “Köhnə dost yenisindən daha yaxşı” olsada, əslində bütün insanlar eynidir və hər kəs tanışlıqlara həmişə şaddır!

Yeni dostların axtarışında amerikalı yazıçı Qretxen Rubinin bəzi işləri sizə yardımçı ola bilər. O sizə, ünsiyyət dairəsini genişləndirərkən bir neçə əhəmiyyətli məqamı nəzərə almağa çağırır.

  • Gülümsəyin. Tez-tez gülümsəmək çox əhəmiyyətlidir. Məhz təbəssüm sizin insanlara olan xoş münasibətinizi və marağınızı göstərir və bu zaman onlar daha rahat ünsiyyətə girib əlaqə yarada bilirlər. Həmçinin pozitiv emosiyalar sizi xeyirxah və xoş insan kimi tanıdır.

  • Pozitiv olun və xoşagəlməz hadisələrdə fikirinizi cəmləşdirməyin. Söhbət edərkən yalnız yaxşı mövzulara toxunun və olduqca səmimi olun. Birinci yaxınlaşıb ünsiyyət qurmağa çəkinməyin, bu hətta hava haqqında fraza olsa belə əsas odur ki, siz ilk əlaqə yarada biləsiniz.pozitiv

  • Maraq göstərin. Həmsöhbətə onun danışdıqlarının və söhbətinizin mövzusunun sizə maraqlı olduğunu göstərin. Bu zaman səmimi olmağı da unutmayın. Öz marağınızı jestlər və mimikayla ifadə edə bilərsiniz. Bu zaman çalışın ki, həmsöhbətinizdən gözlərinizi çəkməyəsiniz və əllərinizi sinənizə yığmayasız.

  • Öz səhvlərinizə gülməyi bacarın. Öz zəif yerlərinizi göstərməkdən qorxmayın, onları gizlətməkdənsə, onlara gülmək daha yaxşıdır. Bu sizi öz çatışmazlıqları olan ətrafdakılara bənzər adi bir insan kimi göstərəcək.

  • Dinləyin və soruşun. Dost – bu yalnız sizi dinləyəcək birisi deyil, həm də siz onu dinləməyi bacarmalısınız. Buna görə danışıq zamanı münasib suallar verin, həmsöhbətin şəxsiyyətinə maraq göstərin. Bu zaman o görəcək ki, siz həqiqətən də laqeyd deyilsiniz və sizinlə "tanışlıq" pilləsindən "dostluq" pilləsinə keçə biləcək.

Yorum Gönder

0 Yorumlar